“Əvvəla budur ki, Allah hər kəsin qapısını açsın, heç kəsə türmə həyatı arzu etmirəm. Bu cinayəti, oğurluğu edəndə gərək fikirləşəsən ki, qanun da, haqq da, Allah da var”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, həbs edilən məmurların oğurluqla məşğul olduğunu bildirib:
“Əvvəla budur ki, Allah hər kəsin qapısını açsın, heç kəsə türmə həyatı arzu etmirəm. Bu cinayəti, oğurluğu edəndə gərək fikirləşəsən ki, qanun da, haqq da, Allah da var. Əslində bu həbslər vəzifədə olan məmurlar üçün də ciddi bir xəbərdarlıq olmalıdır. Bu cür münasibət birmənalı şəkildə hamıya şamil olunmalıdır. Kiməsə nəyəsə görə güzəşt edilməməlidir. Artıq bıçaq sümüyə dirənib. Bu məmurların hamısı rüşvət alıblar, oğurluqla məşğul olublar. Məmurlar bu qədər villanı neynirlər? Bakıda neçə yerdə evləri, villaları var. Aşıq Ələsgər demişkən namərd yediyini qusar. Təklif edirəm ki, oliqarxlardan alınan pullarla bağlı komissiya yaradılsın və dövlətə qaytarılan pulların miqdarı açıqlansın. Onda bilək ki, hansı məmur dövlət büdcəsinə nə qədər pul qaytarıb. Bir sözlə, şəffaflığı təmin etmək lazımdır”.