Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident cənub bölgəsində


Ölkə başçısı cənab İlham Əliyev 2 sentyabr 2017-ci ildə cənub bölgəsinə

səfəri çərçivəsində öncə Cəlilabad rayonunda bir sıra obyektlərin

açılışında iştirak edib.



AzərTac-ın məlumatına görə, prezident İlham Əliyev Cəlilabadda şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Daha sonra dövlət başçısı Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.



Azərbaycan Prezidenti İlham Əliyev Sentyabrın 2-də Cəlilabada səfəri çərçivəsində “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkında yaradılan şəraitlə tanış olub.



"Report" xəbər verir ki, Cəlilabadın Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir.
İlk növbədə, bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrindən olan heyvandarlığın inkişafına təkan verir, bu sahədə elmi yeniliklərin tətbiqinə şərait yaradır.



Bundan başqa, belə aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması rayonun iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur.

Bu gün Cəlilabadda "Avanqard" MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib.



APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Bu gün Cəlilabad rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib.



APA-nın məlumatına görə, bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək "40 yol layihəsi" çərçivəsində "Azəravtoyol" ASC tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir.

Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub.

Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin sosial məsələlərinin həllinə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə, həmçinin yük və sərnişin daşımasının xeyli yaxşılaşmasına töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.



Ölkə başçısı Cəlilabad rayonundan sonra Lənkəran şəhərinə səfər edib. Bu barədə sabah daha ətraflı məlumat verəcəyik.










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10