Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Buzlar” əriyir - İki ölkə Türkiyə ilə barışmaq üçün hərəkətə keçdi


Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyə ilə ticarət və təhlükəsizlik sahələrində güclü əməkdaşlıq qurmaq üçün gizli və açıq görüşlər keçirirlər.
Bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentliyə görə, Türkiyə ilə münasibətləri soyuq olan hər iki ölkə əlaqələri gücləndirmək qərarına gəlib.
Agentliyə açıqlama verən bir türk rəsmisi Türkiyə və BƏƏ-nin ticarətdəki əngəlləri aradan qaldırıldığına inandığını, pandemiya səbəbindən dayandırılan təyyarə uçuşlarının yenidən bərpa ediləcəyini deyib.
Ölkələrin nəhəng ixracat bazarları münasibətləri yaxşılaşdırmaq üçün əsas amil sayılır. BƏƏ 8 milyard dollarlıq ticarət həcmi ilə Yaxın Şərqə İraqdan sonra Türkiyənin ən böyük ticarət ortağıdır.
Türkiyəyə neft və kimyəvi mallar tədarük edən Səudiyyə Ərəbistanı ixracatın azalmasına baxmayaraq, regional bazarların başında dayanır. teleqraf.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10