Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənub bölgəsində gənc qızlar və qadınlar üçün toxuculuq təlimləri - R


Toxuculuq təlimləri "İntellekt" gənclər təşkilatı tərəfindən "Cənub bölgəsində gənc qızların və qadınların toxuculuq bacarıqlarının artırılması" istiqamətində hazırlanmışdır. Təlimlər əsasən toxuculuğu gələcəkdə bir biznes olaraq düşünən xanımlar üçün nəzərdə tutulmuşdur. Təlim Lənkəran şəhərində həyata keçirilir və 1 ay (13 təlim) müddətində davam edir. Hər təlimin vaxtı ortalama olaraq 2-2.5 saat olaraq nəzərdə tutulmuşdur. Təlim zamanı istifadə edilən materiallar (iynə, sap və s.) - təqribi 10 AZN iştirakçı tərəfindən alınır. Təlimi uğurla başa vuran təlim iştirakçısına sertifikat təqdim olunur. İştirakçıya təlim sonrası sifarişlərin alınması, məhsulların sifarişə uyğun hazırlanması və satışında əməkdaşlıq təklif olnur. 

Təlimlər 5 ay müddətinə davam edəcək və cəmi 200 xanımın (hər ay 40 nəfər) təlimdə iştirakı planlaşdırılır. İştirak üçün yerlərin sayı məhdud olduğundan yalnız uyğun namizədlər təlimdə iştirak hüququ qazana bilər. Müraciət üçün aşağıdakı sorğu anket formasını cavablandırmaq tələb olunur. 

Layihə "Cənub Mirvarisi" turizm şirkəti ilə əməkdaşlıq çərçivəsində ilə həyata keçirilir.

Hörmətlə,
Layihə Rəhbəri.
Samir Axundov

Qeydiyyat linki:
https://forms.gle/DqdLaHMNAKwmsaH5A





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10