Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Masallı Təhsil" Fondu- 6 ayda tələbələrə 30 min manata yaxın yardım göstərib



2020-2021-ci tədris ilində isə bu yardımların 2 dəfədən çox artacağı gözlənilir

“Masallilar.az” və cenub.az saytlarının sorğusuna cavab olaraq “Masallı Təhsil” Fondu aşağıdakıları bildirib:
“Masallı “Təhsil” Fondunun yaradılması  Masallıdan Millət Vəkili seçilmiş Məşhur Məmmədovun   təşəbbüsüdür.
Fondun təşəbbüs qrupu ötən ilin aprel ayında yaradılıb, təsis konfransı may ayında keçirilib. İdarə heyəti də həmin vaxt seçilib.
Fond bir QHT kimi 29 iyul 2020-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.  (qeydiyyat nömrəsi 1120Q73-38-47)

Fondun əsas hədəflər 

-Masallıda təhsilin inkişafına daha güclü stimul yaratmaq;
-Qızların təhsilinə xüsusi diqqət yetirmək;
- Erkən nikahın qarşısını almaq üçün səmərəli və stimullaşdırıcı addımlar atmaq;
- 70 saylı şəhər seçki dairəsində məzun olan qızların pedaqoji sahələrdə daha da ixtisaslı kadr kimi yetişməsinə maddi və mənəvi dəstək göstərmək;
- Qızlarımızın ali təhsil alması ilə bağlı xüsusi təqaüdlər və yardımlar təşkil etmək.

İlk tədbirlər

Yuxarıda qeyd etdiyimiz kimi təşəbbüs qrupu yaradıldı, təsis konfransı keçirildi, idarə heyəti, eləcə də Fondun sədri və katibi seçildi.

Fondun İlk layihəsi
  • Masallı 70  saylı şəhər seçki dairəsinə daxil olan ərazidəki ümumtəhsil məktəblərində XI siniflərdə oxuyan qızların ali təhsil almasına yardımçı olmaq.


Həmin ərazidəki valideynlər və müəllimlərlə fərdi söhbətdən sonra belə qərara alındı ki, 70 saylı Seçki Dairəsinin əhatəsində olan 25 tam, 9 Tam Orta Ümumtəhsil məktəblərini 2020-ci ildə bitirən qızların ali təhsil almağa həvəsləndirilmək üçün aşağıdakı işlər görmək:
1. Müəyyən edildi ki, bu dairədəki məktəblərdən 2020-ci ildə 85 nəfər qız ali təhsil almaq arzusundadır.
2. Həmin qızların hər birinin evinə bir-bir baş çəkilərək, valideynləri ilə söhbət aparılaraq, onların imtahanlara normal hazırlaşması üçün hər birinə  bir paketin ümumi dəyəri 30 manat olan  Test kitabçaları, Abituriyent jurnalı, sual kartları hədiyyə edildi. (Ümumilikdə 3 min manat )
- Fondun ilk addımı kimi nəzərdə tutulmuşdu ki, bu  ərazidəki hər abituriyent qız  300-dən artıq bal yığarsa, onlara aylıq təqaüd, yaxud ödənişli əsaslarla qəbul olunarsa, onun təhsil xərcləri ödənilsin.
  • İmtahan nəticələrindən bəlli oldu ki, 70 saylı Seçki Dairəsindən ali məktəblərə 21 nəfər  qız ödənişlz əsaslarla 25 qız isə ödənişli şərtlərlə qəbul olunub. Nizamnaməyə müvafiq olaraq ödənişsiz əsaslarla qəbul olunan qızlara 100 manat həcmində təqaüd verilir. Digərlərinin isə təhsil xərcləri Fond tərəfindən ödəniləcək.


Ödənişsiz əsaslarla qəbul olunun məzunların ( cəmi 21 nəfər) (yəni,  təqaüd alacaq) təhsil aldığı məktəblər

1. Masallı şəhər dairəsi üzrə 3
  •  (Masallı şəhər 1 və 2 saylı,  Kosakül) , 
  • 2. Banbaşı Ərazi Dairəsi üzrə 2 
  • (Banbaşı və Binə Xocavar məktəbləri), 
3. Yeddioymaq Ərazi Dairəsi üzrə 2 (Yeddioymaq 1, Qasımlı 1),
 4. Çaxırlı Ərazi Dairəsi üzrə Çaxırlı 4, (Kəlbhüseynli 3, Çaxırlı 1), 
 5. Qarğalıq Ərazi Dairəsi üzrə 6
(Qarğalıq 2, Eminli 2, Xallıcallı 2)
 6. Şərəfə Ərazi Dairəsi üzrə (1)
7. Həsənli  Ərazi Dairəsi üzrə-2
 (Hər 2-si Köçəkli kəndi). 
8. Xırmandalı Ərazi Dairəsi üzrə 1
(Xırmandalı kəndi)

Ödənişli əsaslar üzrə qəbul olunan qızların (25 nəfər) təhsil aldığı məktəblər 

1. Qarğalıq Ərazi Dairəsi üzrə -6
(Eminli - 3, Qədirli-2, Qarğaliq-1)
2. Masallı şəhər Dairəsi üzrə 5

(Masallı şəhər 1 və 2 saylının hər birindən 2, 4 saylıdan 1)

3. Həsənli Ərazi Dairəsi üzrə – 3
(Həsənli 1-, Köçəkli -2)
4. Çaxırlı Ərazi Dairəsi üzrə-3
(Kəlbhüseynli-2 Çaxırlı-1)
5. Yeddioymaq Ərazi Dairəsi üzrə – 2
(II Yeddiymaq, Qasımlı)
6. Banbaşı Ərazi Dairəsi üzrə - 1
7. Şərəfə Ərazi Dairəsi üzrə -1
8. Musaküçə Ərazi Dairəsi üzrə-1
8. Şıxlar Ərazi Dairəsi üzrə-2
9. Təklə Ərazi Dairəsi üzrə
 Sığıncaq -1
(70 saylı seçki dairəsinə daxil olmasa da, ailə vəziyyəti nəzərə alınaraq istisna hal kimi yardım edilmişdir) 

Fond ilik olaraq nə qədər vəsait xərcləmişdir?  


Ödənişli qəbul olunanlar üçün təhsil xərcini qarşılamaq üçün Fond tərəfindən 20350 manat,  ödənişsiz təhsil alanlar üçün təqaüdlər isə hər ay  2200 manat olmaqla 3 ay müddətinə, cəmi 6600  manat, ümumilikdə 1-ci yarım ildə ödənişli və ödənişsiz  təhsil alanlar üçün 26 950,  eləcə də hazırlıq testləri və digər kitablar üçün 3.000 min manata, toplum 30 min min manat xərclənmişdir.
2-ci yarım ildə həmin rəqəmin 25-30 min olacağı gözlənilir
Nəzərə alaq ki, istisna olaraq 70 saylı seçki dairəsindən şəhid ailəsinin övladı olan Abbasova Xədicə intiqam qızına 200 manat aylıq təqaüd ayrılmışdır.
Bundan əlavə 647 balla Dövlət İdarəçilik Akademiyasına daxil olmuş bir oğlan tələbə də təqaüdçülər sırasına daxil edilmişdir.

Kimlərin təqaüdü dayandırılacaq?

2020-ci ildə i ali məktəblərə qəbul olunan qızların 2-ci yarım ildə də təhsil göstəriciləri nəzərə alınaraq fevral ayının axırından təqaüd və ödənişləri verilməsi davam edəcək.  Qiymətləri 51 faizdən aşağı olanların ödəniş və təqaüdü dayandırılacaq.
Xatırladaq ki, bütün bu güzəştlər Azərbaycanın Dövlət Universitetlərində və pedaqoji sahədə təhsil alanlara şamil edilir.

 Yeni tədris ili üçün araşdırmalar

Masallı Təhsil Fondunun 2020-2021-ci tədris ili üçün araşdırmalarından bəlli olub ki, 70 saylı seçki dairəsinin ərazisində yerləşən məktəblərdə 296 qız təhsil alır. Həmin qızların təxminən 130-unun bu il  ali məktəblərə sənəd verməsi gözlənilir. Bu məqsədlə təhsil fondu bu ilin mart ayından 130 şagird  üçün ötən olduğu kimi paylayacaq. Test kitabçaları, Abituriyent jurnalı, sual kartları hədiyyə edəcək.
2021-ci dərs ilində Fondun xərclərinin ümumi məbləği 120 min manatdan artıq proqnozlaşdırılır. (60 min manat ötən il qəbul olunub bu il 2-ci kursda oxuyanlar, bir o qədər də bu il qəbul olunacaq məzunlar üçün).


Gələcək hədəflər


Fondun rəhbərliyi bildirir ki, gələcəkdə Fondun imkanları genişləndikcə təkcə pedaqoji yox, digər fənlər üzrə, eləcə də Masallının digər ərazi dairələrində yaşayanlar da Fondun imkanlarından faydalana biləcəklər.
Fondla əlaqə:
050 637 78 74    0 55 637 78 70 WhatsApp Hüseynov Hüseyn.

Yazı Masallı Təhsil Fondunun Mətbuat Xidməti tərəfindən təqdim olunmuşdur.












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10