Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tolstoyu ən çox təsirləndirən 25 kitab – O, hansı yaşda nə oxuyub? - Siyahı


Dahi Lev Tolstoy 1891-ci ildə bir ingilis dərgisində “Ən möhtəşəm 100 kitab” başlıqlı siyahı görür, əsəbiləşir və özünün siyahısını hazırlamağa qərar verir. Az keçməmiş bunun çox da asan iş olmadığını anlayır. Lakin dahi yazıçı rus naşirlərindən birinə yazdığı məktubda onu ən çox təsirləndirən 45 kitabın adını qeyd edir.
Bu siyahıdan 25 məşhur və tapılması nisbətən asan olan kitabların siyahısını təqdim edirik.
Uşaqlıqda - 14 yaşına qədər
1. “Əhdi-ətiq”.
2. “Min bir gecə” nağılları.

14-20 yaş arasında
3. Matta İncili.
4. “Etiraflar”. J. J.Rosso.
5. “Yevgeni Onegin”. Aleksandr Puşkin.
6. “Qaçaqlar”. Fridrix Şiller.
7. Qoqolun çeşidli kitabları: “Vıy”, “Şinel”, “Nevski prospekti” və “Ölü canlar”
8. “Devid Kopperfild”. Çarlz Dikkens.
9. “Zamanımızın qəhrəmanı”. Mixail Lermontov.
Aleksandr Puşkin - Vikipedi
20-35 yaş arasında
10. “Herman və Dorothea”. Göte.
11. “Notr Damm qozbeli”. Viktor Hüqo.
12. “İliada və Odisseya”. Homer. (tərcümədən)
Yohann Volfqanq Göte — Vikipediya
35-50 yaş arasında
13. “İliada və Odisseya”. Homer. (yunancadan)
14. “Səfillər” Viktor Hüqo.
15. “Basretşir gündəlikləri”. Entoni Trollop
16. “East Linne”. Mrs. Henri Vud
17. Corc Eliotun romanları.
File:Bust Homer BM 1825.jpg
50-63 yaş arası
18. Bütün İncillər (yunancadan)
19. “Yaradılış kitabı” (İbranicədən)
20. “Tərəqqi və Yoxsulluq”. Henri Corc.
21. “Düşüncələr”. Blez Paskal.
22. Epiktet.
23. Konfutsi.
24. “Böyük təşəbbüslər”. Eduard Şure
25. “Tao Te Çinq”. Lao-tszı.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10