Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda həbs edilən tələbə harada saxlanılır? - YENİLƏNİB


"Lənkəranda saxlanılan bütün gənclər - D18 Hərəkatının üzvləri Əhməd Məmmədli, Cəlil Zabidov və Tələbə Güc Mərkəzinin üzvləri Orxan İsgəndərli, Samir Axundzadə sərbəst buraxılıblar”.

Bunu Meydan TV-yə D18 Hərəkatının üzvü Elnur Süleymanov deyib.

O bildirib ki, artıq fəallar sərbəstdir və Bakıya gəlirlər.

 
***
 
Tələbə Güc Mərkəzinin sədri, tələbə Əhməd Məmmədlinin Lənkəran Dövlət Universiteti (LDU) qarşısında aksiya edərkən saxlanıldığı bildirilir. 

Aksiya LDU tələbələrinin imtahan qiymətlərinə etirazına dəstək məqsədilə keçirilib. 

Bildirilir ki, Tələbə Güc Mərkəzinə Lənkəran Dövlət Universiteti tələbələrindən kütləvi şikayət daxil olub. 

Şikayətlər isə imtahanlar və tələbələrin topladıqları ballarla əlaqədar olub. Tələbələr bildiriblər ki, müəllimlər imtahanlardan yüksək bal aldıqlarını bildirsələr də, yekunda universitetin elan etdiyi ballar xeyli aşağı olub. 

Universitet tələbələri obyektiv və ədalətli apelyasiya baxışı keçirilməsini tələb ediblər.

Tələbə Güc Mərkəzi LDU rəhbərliyi ilə əlaqə saxlasa da, universitet rəhbərliyi onlara: "Sizə hesabat vermək məcburiyyətində deyilik, necə edəcəyimizi özümüz bilərik”, - deyə cavab verib. 

Bundan sonra Tələbə Güc Mərkəzinin sədri LDU qarşısında aksiya keçirməyə cəhd edib, lakin ona bəyanat səsləndirməyə imkan verilməyib.

Bildirilir ki, Ə.Məmmədli polis tərəfindən saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb. 

LDU tələbəsi Orxan İsgəndərli isə universitetə gələrkən yolda saxlanılıb və polis şöbəsinə aparılıb.

Lənkəran Polis İdarəsi isə "Mikroskop"a açıqlamasında məlumatı təkzib edib. 

"Bizim bu barədə heç bir məlumatımız yoxdur. Olmayan bir şeyi deyə bilmərik", - polisdən bildirilib. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10