Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ŞƏHİD RUHLARINI TƏHQİR EDƏN ALAR KƏND İCRA NÜMAYƏNDƏSİ HAFİZ KƏRİMOVUN QUDURĞAN ƏMƏLİ


Cəlilabad rayon Alar kəndi Vətən Müharibəsində (İkinci Qarabağ Savaşında) 4 şəhid verib. Bu barədə Zahid Şahəlizadə ilə birlikdə “Vətən Müharibəsi və Alar şəhidləri” adlı kitab nəşr etdirmişik. Kitabın bütün xərcini mən çəkmişəm, heç bir dövlət qurumuna, xeyriyyə cəmiyyətinə və imkanlı adama maddı kömək üçün müraciət etməmişəm.
Qazilərdən birinin atası bu kitabı Cəlilabad rayon icra hakimiyyətinin Alar kəndi üzrə nümayəndəsi Kərimov Hafiz Qası oğluna təqdim edib. Hafiz Kərimov kitabı qazi atasının əlindən alıb küçəyə tullayıb və deyib: “Bu zibili gözümə niyə soxursan?!”
Qazı atası pərt olub, gedib kitabı palçığın içindən götürüb, üstünü təmizləyib, gözünün üstünə qoyub. İcra nümayəndəsinə bu hərəkətinə görə etiraz edib, icra nümayəndəsi isə ona ağzına gələni deyib.
Bu xəbər mənə çatanda çox pis oldum, ona görə yox ki, mənim kitabımı tolazlayıb, ona görə ki, bu kitabda 8 Alar şəhidi, 6 Alar qazisi haqqında məlumatla birlikdə Vətən Müharibəsində şəhid olmuş cəlilabadlıların siyahısı verilib.
Bu kitabda şəkli verilən şəhidlər Vətən torpağı uğrunda canlarından keçiblər.
İcra nümayəndəsi bu kitaba hörmətsizlik etməklə şəhidlərin ruhunu təhqir edib, şəhid analarının hisslərini təhqir edib.
O şəhidlər canlarından keçiblər ki, Hafiz Kərimov, onun ailəsi, övladları, qohumları rahat yaşasınlar.
O şəhidlərin boynumuzda haqqı böyükdür, bu haqq səni tutsun, Hafiz Kərimov!
Sənin anan, sənin övladlarının anası şəhid analarının yaşadığını yaşamayıb, ona görə bu ağrı sənə yaddır.
Sənin kimi qədirbilməz bir icra nümayəndəsi ilə bir kənddə yaşadığım üçün xəcalət çəkirəm. Dövləti, hökuməti gözdən salan sənin kimi bivec məmurcıqlardır!
Sadəcə, sənə ayıb olsun şəhid ruhlarına qarşı elədiyin şərəfsiz əməlinə görə!
Sənin bu kəndə başçılıq etməyə haqqın çatmır.
Vətənin bütövlüyü uğrunda şəhid olmuş alarlıların-
Rauf Quliyevin,
Şəhriyar Bağışovun,
Sənan Əlizadənin,
Taleh Əlizadənin,
Ramin Bayramovun,
Bilal Rzayevin,
Əkbər Hüseynlinin
narahat ruhları sənə qənim olsun!
Turantv.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10