Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitlerin Sənət Akademiyasından rədd edilən rəsmləri - Fotolar


Adı tarixə ən əli qanlı diktator kimi həkk olunan Hitler gənclik illərində rəssamlığa maraq göstərib. Gənclik illərində çəkdiyi əsərləri iki dəfə Viyana Sənət Akademiyasına təqdim etsə də hər ikisində də akademiyadan rədd cavabı alıb.
Hitlerin Vyana Sənət Akademiyasından rədd cavabı alan tablolarını təqdim edirik.

Bilindiyi kimi Adolf Hitler 1907-1913- cü illər arasında Avstryanın paytaxtı Vyanada yaşayıb. O, bu illərdə sulu boya ilə çəkdiyi tabloları iki dəfə Vyana Sənət Akademiyasına təqdim etsə də rədd cavabı alıb. Atasının ölümündən sonra aldığı yetim pulunun bir qismini qardaşına göndərən Hitler Vyana küçələrində beş qəpiksiz və kimsəsiz qalır. 1909-cu ildə kimsəsizlər evinə yerləşən Hitler burada poçt kartlarının üstündəki mənzərə rəsmlərini çəkərək mağaza və turistlərə sataraq dolanışığını təmin edir. Bəlkə də o vaxt Vyana Sənət Aakademiyası Hitleri qəbul etsəydi o, heç vaxt hərbi lider olmayacaqdı.

Amma Hitler diktator olandan sonra da rəsmə olan sevgisindən əl çəkmir. II Dünyan müharibəsi dövründə onun 2000-ə yaxın tablosunun olduğu məlum olub. Bu əsərlərin bəziləri indi bir çox məşhur kolleksiyonerlərin kolleksiyasındadır. Tabloların bir qisminin isə II Dnüya müharibəsi dövründə əsgərlər tərəfindən götürüldüyü deyilir.

İllərlə Vyana Sənət Akademiyasına daxil olmağa çalışan Hitlerin cəhdləri uğursuzluqla nəticələnsə də illər sonra onun tablolaları tamamilə təsadüf nəticəsində Hollandiyadakı Müharibə və Soyqrım Araşdırmaları İnstitutuna yol tapıb. Hollandiyalı bir qadın tərəfindən insituta gətirilən bağışlanan sulu boya ilə çəkilən tablonun Hitler tərəfindən çəkilən original tablo olduğu ortaya çıxıb. Vyanadakı bir qüllənin əks olunduğu tablo ondan xilas olmaq istəyən hollandiyalın qadın tərəfindən Müharibə və Soyqrım Araşdırmaları İnstitutuna bağşlanıb.

Adının açıqlanmasını istəməyən qadın atasından qalan tablonun atası tərəfindən ikinci əl bazarından 75 sentə alındığını deyib. Atasının tablonun üzərindəki “A.Hitler” imzasını gördüyü zaman utandığından tablonu evin zirzəmisinə atdığını deyib. Hollandiyalı qadın evin zirzəmisindən çıxan tablonu bir çox gallereya və muzeyə aparsa da heç kim bu tabloları istəməyib.

Qeyd edək ki, son illərdə Hitlerin əsərləri mütəmadi olaraq hərrəcalarda satışa çıxarılır. 2015- ci ildə Almaniyanın Nürnberq şəhərində onun 14 tablosu 400 min avroya alınmışdı.





kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10