Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qaz və işıq də bahalaşacaq - Açıqlama



Tarif Şurasının içməli suyun qiymətinin ikiqat qaldırılması barədə qərarını ekspert Natiq Cəfərli şərh edib.


N.Cəfərli hər şeydən öncə Azərsu ASC-nin rentabelli işləməməsinin səbəbinin axtarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, aidiyyəti məmurların qiymət şişirtməsi və yeyinti ilə vurduğu ziyanların üzə çıxarılmalı, aydınlaşma aparılmalı, sonra qərar verilməli idi. İndiki halda isə məmurların bu yeyintisi əhalinin hesabına kompensasiya edildi.

O, həmçinin vurğulayıb ki, bu, Azərsu ASC-nin xarici şirkətlərə satılması ehtimalını da artırır. Mümkündür ki, dövlət xarici sərmayələri cəlb etmək üçün su satışını xarici ölkə şirkətinə satsın.

Buna əsaslanaraq, N.Cəfərli elektrik enerjisi və təbii qazın da qiymətinin artırılacağını proqnozlaşdırıb.


hit.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10