Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyada mitinqlər: Navalnının xanımı saxlanılıb


Kütləvi aksiyalarda 3 mindən artıq etirazçı saxlanılıb
 
Bu gün Rusiyanın paytaxtı Moskvada və digər böyük şəhərlərində mitinqlər keçirilib. Cenub.az qonşu ölkə mediasına istinadən bildirir ki, aksiyada yanvarın 17-dən həbsdə saxlanılan müxalifət lideri Aleksey Navalnının azad edilməsinə çağırış edilib.
 
Məlumata görə, kütləvi etiraz aksiyaları zamanı 3 mindən çox adam saxlanılıb. Saxlanılan şəxslər arasında A.Navalnının xanımı Yuliya Navalnı da var.
 
Sosial media kanallarınında yayılan məlumatlara əsasən, Moskvada və etiraz aksiyaları keçirilən Rusiyanın digər şəhərlərində aksiya iştirakçılarının polis tərəfindən saxlanması və həbsi davam edir. Müxalifət liderinin həbsinə etiraz olaraq Rusiyada kütləvi etiraz aksiayalarının ilk dalğası yanvarın 23-də başlayıb.
 
Qeyd edək ki, Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdanda hava limanında həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun "Noviçok" sinir-iflic maddəsi ilə zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10