Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Siz Masallıda hansı Yanacaq Doldurma Məntəqəsini daha çox “Halal”hesab edirsiniz?


Masallıda 20-yə yaxın Yanacaq Doldurma Məntəqəsindən hansı az “oğurlayır?”

Bizdə Yanacaq Doldurma Məntəqələrinin əksəriyyətinin rəhbər Hacı, Kərbəlayı, Seyid və yaxud çox bərkgedən, daim haqdan, ədalətdən danışanlardır.

Əhali arasında birmənalı qəbul edilən bir fikiri var - heç bir YD məntəqəsində benzin düz vurulmur. Sadəcə insaflısı, insafsızı var. Yəni, kimisi 10 litrə 1 litr, kimisi 10 lirə 0,5 litr oğurlayır. Amma eləsi var ki, sürücünün “qulağını” lap dibindən  kəsir, 10 litrə 2 litr oğurlayır.

Bu günlərdə özümün şahidi olduğum məqamı təqdim edim. İşlətdiyim maşının sistemi elə qurulub ki, bakda neçə kilometr üçün benzin qalıb, onu göstərir. 50 kilometrlik benzin qalanda isə heç nə göstərmir. Nə isə. Bakda 54 kim-lik benzin qalanda girdim YDM-yə, 20 litrlik benzin vurdum. Normalda şkala 250 kim göstərməli idi. Yəni, 54 kim-lik əvvəldən var idi. 20 litr üçün də 200 km hesab etsək, edir 250 km. Şkala nə göstərsə yaxşıdır, 209 km. Yəni, 4 manatlıq, 40 kilometrlik benzini “yemişdilər”. Rəhbərliyi fikrimi bildirəndə heç tükləri də tərpənmədi. Deməli, hər benzin vuranda mən bunlara 4 manat nəzir verməliyəm. Ay ərzində bu 20 manatadan artıq edir.

Hələ bəziləri deyir ki, hər YDM-də bir “təmiz” aparat olur. Kim ki, bunların oğurluğun “konister”lə tutmaq istəyir, o vaxt, bir də komissiya-filan olanda həmin aparatdan faydalanırlar.

Əvvəllər 95 markalı benzin vurduranlar üçün də elə 92 markalı vururlarmış. Sonralar bunu tərgitdilər. Hələ benzinə qatqıları demirik.

Benzinin bahalığı bir yana, həmin benzinə görə ərzağın bahalığı o yana, hələ gözgörəsi də oğurluq edirlər.

Yəqin bəzisinin, din-iman damarı tutub, deyəcək ki, belə haram pulları necə yeyirlər? Arxayın olun, tam yemirlərlər, 50-100 min olan kimi övladlarının əxlaqsız, qudurğan, ürəkbulandıran hərəkətlərini ört-basdır etmək üçün aparıb adamtutan idarələrə verirlər. (Bildiniz də nəyi deyirəm?)

Bəllidir ki, əksər sürücülər Bakıya gedib-gələrkən şəhər “Zaprafkaların”dan faydalanırlar. Xüsusən, SOCAR-dan

Bəs Masallıda hansı Yanacaq Doldurma Məntəqəsi daha insaflı, hansılar daha insafsı “oğurluq” edir?. Rəy bildirəndə “niyəsin” yazmağı unutmayən.

Yeri gəlmişkən, onu deyim ki, bütün belə işlərə ictimai nəzarəti həyata keçirən birliklər də var. Heyf ki, ya hamısı gözüyumulu gəzir, ya da vəsiqə satmaqdan başları ayılmır.

Rayondakı lap yuxarılıraın isə  benziləri müftə vurulduğundan “Günəşi” “Gəndələş” oxuyurlar.

P.S. Bilə-bilə, haqqımı yeyən YDM-nin adını yazmadım ki, görüm məndən başqa kimlərin “qulağı” belə kəsirlər? Kiminsə cınqırı çıxacaq? Ya məni “qara”basır?

Suallarımı dolğun cavablandırsanız, çörəyi nazildib Fətirə oxşadanların da “qəhrəmanlığından” danışacağam. Onda biləcəksinizi, niyə çörək satan dükanlar Masallının yox Bakı və Lənkəranın çörək zavodlarının məhsullarını satırlar.

Ya elliklə “cəhənnəmə ki, belə gəlib, belə də gedəcək. Buna da şükür” deyib, boşa verək, ya da onlarla, yüzlərlə maşın işlədənlər birgə imza atıb, gecə-gündüz “islahat” deyən rəhbərlərə ünvanlayaq.

Sonda kefinizi açmaq üçün bir ləzgi lətifəsi-“Əyləşib çörək kəsdik, Allah çörəyinizi kəssin”

Zahir Əmənov. cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10