Maarif Novruzovdan şikayət var. Redaksiyamıza üz tutan sahibkar Şəmsəddin Bünyatov bildirir ki, M.Novruzov bir neçə ay öncə “Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinin rəisi işləyərkən ondan obyektin transformatorunu və işıq dirəklərini yeniləmək üçün 2700 manat pul alıb.
Ş.Bünyatov baş verənləri belə nəql edib:
“Maarif Novruzov “Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinin rəisi işləyərkən bir-bir obyektləri gəzib sahibkarları cərimə etmək üçün müxtəlif bəhanələr axtarırdı. Elə oldu ki, bizim işlətdiyimiz restorana da yaxınlaşdı. Elə oldu ki, bizimlə münasibət yaratdı, çörəyimizi kəsdi, bizə dost, qardaş dedi. Söhbət zamanı danışdıq ki, restoranın transformatorunu və işıq dirəklərini yeniləyək, çünki qəzalı vəziyyətdə idi. M.Novruzov bütün bu işləri görmək üçün məndən 2700 manat pul aldı və işləri yerinə yetirəcəyinə söz verdi”.
Ş.Bünyatov deyir ki, M.Novruzov işdən çıxan kimi özünü elə aparır ki, sanki heç onları tanımır:
“Elə oldu ki, M.Novruzov “Azərişıq” ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən çıxarıldı və “Azərişıq” ASC-nin Biləsuvar Elektrik Şəbəkəsində satış şöbəsinin rəisi vəzifəsinə təyin edildi. Bundan sonra biz onunla bir neçə dəfə yarımçıq qoyub getdiyi işə görə telefonla danışdıq. Söz verdi ki, onun yerinə təyin olunan yeni rəisə deyəcək və o, bu işləri həyata keçirəcək. Yeni təyin edilən rəis isə bildirdi ki, bu işin mənə aidiyyatı yoxdur, gedin işinizi Maariflə həll edin. Amma məlum oldu ki, o, nəinki mənə, rayonda bir çox sahibkarlardan bu üsulla pul alaraq ümumilikdə vətəndaşlara 100 min pul ataraq aradan çıxıb. İndi isə M.Novruzov o qədər adama pul borcludur ki, telefon zənglərini belə açmır. Bizim xahişimiz odur ki, rəhbərlik bu adamla bağlı tədbir görsün. Mənim ona pul verməyimin kamera görüntüləri də var, əgər o, buna inanmırsa, gələn yazılarımızda həmin görüntünü də mətbuata təqdim edəcəm”.
Məsələylə bağlı əməkdaşımız Maarif Novruzovla əlaqə saxlayıb. M.Novruzov saytımıza açıqlamasında “Kovid-19” virusuna yoluxduğunu və hazırda xəstəxanada olduğunu bildirib:
“Mən indi xəstəxanada müalicə olunuram, koronavirusa yoluxmuşam. Şəmsəddin Bünyatov kimdir? Səhhətim düzələndən sonra sizinlə əlaqə saxlayaram”.
Əməkdaşımız “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğluyla da əlaqə saxlayıb. V.Aydınoğlu problemin araşdırılacağını bildirib.
Moderator.az