Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsəlman qızın ixtirası eşitmə qüsurluların maşın sürməsinə kömək edəcək...-FOTOLAR


Səudiyyə Ərəbistanından olan müsəlman xanım Renada Hüseyn eşitmə qüsurlu insanların avtomobil idarə etməsinə yardım edəcək bir cihaz ixtira edib.

Cenub.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. 

Kral Saud Universitetinin  tibb fakültəsi  tələbəsinin ixtirası – yolda hərəkətdə olarkən  kənar avtomobillərdən səsləri şəkillər və rənglər şəklində çevirərək avtomobilin içindəki ekranlara göndərən akustik sensorlar ərazidə daha yaxşı səmtlənməyə kömək edir.

"Mənim ixtiram dünyadakı 644 milyon sağır insanın səsləri görmə vasitəsilə duyaraq müstəqil şəkildə sükan arxasına keçməsinə kömək edəcək. Bu da həm eşitmə qabiliyyəti olmayanların, həm də ətrafdakıların məruz qalacağı riskləri azaldacaq" –deyə Renada Hüseyn bildirib.

Bu ixtiraya görə müsəlman qız  2020-ci ildə dünyanın ən yaxşı qadın ixtiraçısı kimi Dünya Əqli Mülkiyyət Təşkilatının Kubokuna layiq görülüb.

Renada daha əvvəl də 2019-cu ildə Malayziyada keçirilmiş Beynəlxalq İxtira və İnnovasiya Sərgisində qızıl medal qazanıb. Eyni zamanda o,  2020-ci ildə dünyanın ən yaxşı ixtirası üçün Koreya Beynəlxalq Olimpiadasında birinci yerə layiq görülüb.
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10