Vətən müharibəsində qardaşı oğlu şəhid olan şair Bilal Alarlı yaşadıqları Cəlilabad rayon Alar kəndində həm Birinci Qarabağ, həm də Vətən müharibəsi şəhidlərinin abidəsini yaratmaq istədiklərini bildirib.
B.Alarlı Moderator.az-a açıqlamasında bildirib ki, lakin icra nümayəndəsi və bələdiyyə sədri Baxış Mustafayev buna icazə vermir:
“Qarabağ müharibəsində bizim Alar kəndinin səkkiz nəfər şəhidi var və onlardan biri də mənim qardaşım oğludur. Biz qəbiristanlıq yolunda səkkiz şəhidimizin kiçik Şəhidlər Xiyabanını yaratmaq istəyirik. Bütün xərcləri biz şəhid ailələri çəkəcəyik. Lakin kəndin bələdiyyə sədri Baxış Mustafayev və onun əmisi nəvəsi olan kəndin icra nümayəndəsi Hafiz Kərimov buna icazə vermir. Bunlar bizə deyir ki, icra başçımız yoxdur deyə biz bu işə icazə verə bilmərik”.
Məsələylə bağlı əməkdaşımız Baxış Mustafayevlə əlaqə saxlayıb. B.Musatafayev saytımıza açıqlamasında ittihamları qəbul etməyib:
“Əvvəla, bu adamlar mənə müraciət etməyib. Amma bələdiyyə torpağında nə tikilirsə, ona biz icazə veririk. Amma dövlət torpağına isə İcra Hakimiyyəti icazə verir. Bizdə kənd orta məktəbimiz ulu öndər Heydər Əliyevin adını daşıyır və qarşısında da onun büstü var. O büstün yanında şəhidlər güşəsinin qoyulmasına mən icazə verilə bilərmi? Məktəb dövlətin sərəncamındadır və ora mənim icazə vermək səlahiyyətim yoxdur. Bununla bağlı onlar icra hakimiyyətinə müraciət etsinlər. Qəbiristanlıq yolunda bunu tikmək istəyirlərsə, tiksinlər, onlara kim nə deyir ki? Onsuz da yolun qırağında şəhidlərimizin şəkili vurulub. Bizim hamımızın borcudur ki, şəhidlərimizə şərait yaradılsın, amma qanun çərçivəsində. Bələdiyyə torpağında harda istəyirlərsə, gəlsinlər Şəhidlər Xiyabanı tiksinlər, buna icazə verirəm”.
Qeyd edək ki, Baxış Mustafayev mərhum Xalq artisti Teymur Mustafayevin əmisi oğludur. Elə uzun illər onun vəzifədə çalışmasında T.Mustafayevin köməyi olduğu bildirilir. Qeyd edək ki, B.Mustafayev bələdiyyələr yaranandan Cəlilabadda Bələdiyyələrlə Əlaqələndirmə Şurasının sədri vəzifəsində çalışır. Bununla yanaşı, o, Alar kənd bələdiyyəsinin də sədridir.