Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölkə başçısı Astaraya son 3 ayda 11,5 milyon manat pul ayırıb


Ölkə başçısı Astaraya son 3 ayda 11,5 milyon manat pul ayırıb
8 iyun 2017-ci il tarixli Prezident İlham Əliyev cənablarının Sərəncam ilə Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3.0 (üç) milyon manat ayrılmışdır.

Bundan 81 gün sonra isə ölkə başçısı digər sərəncamla Astaranın Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Məlumat üçün xatırladaq ki, bir necə il əvvəl Astara-Şahağacı, eləcə də bu rayonun ən bərbad Astara-Piləkeş yolunun da əsaslı təmir olunduğunu, hazırda Ələt-Astara yolunda tikinti işlərinin yaxın vaxtlarda başa çatacağını nəzərə alsaq, demək olar ki, ölkəmizin cənub qapısı sayılan Astaranın yol problemi qalmır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10