Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlı mütəxəssis sizə nələri təklif edir?



Nəzərov Nicat lldırım oğlu

1982-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində doğulub. Ə.Bağırov adına Həsənəküçə tam orta məktəbi bitirdikdən sonra 2000-2002-ci illərdə Hərbi xidmət olub. 2004-cu ildə Xəzər Universitetinin Jurnalistika Fakültəsinə daxil olub. 

Təhsil aldığı   2004-2007-ci illərdə İlk dəfə Tələbə televiziyasının yaradıcısı olub. Eyni zamanda həmin illərdə Cənub xəbərləri qəzetinin təqdimatı ilə Beynəlxalq Media İnstitutunun Bakıda keçirilən “Ekstrimal jurnalistika” kursunu bitirib. Mütəlif vaxtlarda Müsavat, Gündəm Xəbər, Cümhuriyyət qəzeti və onun əlavələrində yazıları dərc edilib. 

2007-2009-ci ildə Vergilər Nazirliyində  əmək fəaliyyətinə başlayıb. İnformasiya Texnologiyalarının tətbiqi ilə bağlı Xaricdə və Azərbaycanda ixtisasartırma kurslarını bitirmişdir. 2009-cu ildən VSSGROUP MMC-nin direktoru vəzifəsində çalışır. İnformasiya Texnologiyaların infrastruktur layihələndirilməsi üzrə mütəxəssisdir. Ailəlidir. 2 övladı var.




Mənzilinizi təmir edərkən bunlara diqqət edin

Diqqətli olun! Wİ-Fİ xərçəng yaradır!



Evinizdə İnternet Rabitə və təhlukəsizlik sistemlərinin duzgün planlanması gələcəkdə yeni texnoloji avadanlıqların istifadəsini asanlaşdıracaq.

Müasir ev üçün  Yüksək Memarlıq və İnteryer tələbləri ilə yanaşı evin telekommunikasiya və təhlükəsizlik sistemlərinin düzgün quraşdırılması olduqca zəruridir. 


Düzgün Planlama nədir?


Müasir evi İnternet, Videomüşahidə, Damafoon, Signalizasiya və telefonsuz təsəvvür etmək mümkün deyil. Lakin qüsurlu  və düzgün olmayan rabitə infrastrukturu müasir avadanlıqların istifadəsinə çətinlik yaradır. Əgər evinizin interyer və memarlıq layihəsini hazırlanması xərci büdcənizə uyğun deyilsə, oz təxəyyülünüzdən istifadə edin. Yeni mənzilinizdə mebel və məişət əşyalarının əlçatan olmasını planlayın və təmir edən ustaya istəklərinizi bildirin. Öncə kommunikasiya xətlərinin paylanacağı yeri müəyyən edin.

Avropada tikinti zamanı öncədən hesablanmış düzgün kommunikasiya planına əsasən memarlar bütün xətlərin və qurğiların yerləşməsi üçün bağlı və geniş dolab istifadə edirlər. Evinizin ölçülərinə uyğun olaraq elektrik və digər kommunikasiya xətlərinin avadanlıqlara yaxın yerdə olmasına diqqət edin.


Boya (malyarka) işləri bitmədən aşağıdakı kommunikasiya xətlərinin çəkilməsindəm əmin olun


Adətən müştərilər təmir işləri bittikdən sonra bu məsələnin vacibliyini xatırlayırlar. Təmirdən sonra bu işlərin görülməsi əlavə xərclər və vaxt itkisinə səbəb olur. Bəs necə etməli?

Boya işləri bitmədən televizor quraşdırılacaq otaqlarda televiziya yayım (antenna) kabelləri ilə yanaşı internet şəbəkəsinin xətlərinin eləcə də usaq otağında və iş masasının yaxınlığında  internet üçün kabel xətləri, qapı zəngi(damafon) xətlərinin   yerində və düzgün çəkilməsinə əmin olun.


Diqqətli olun! Wİ-Fİ xərçəng yaradır!

Yadınızdadırsa Wi-fi kəşf edilənədək internet şəbəkəsinə kabel vasitəsilə qoşulurduq. Wi-fi-nin üstün tərəflərilə yanaşı insan sağlamlığına potensial vasitədir.   Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. 


Wİ-Fİ-nin zərərli təsirlərindən necə qorunmalıyıq?!


Simsiz internetin zərərli dalğalarının təsirinə az məruz qalmaq üçün qurğularınızı maksimum Kabel ilə (simli) internetlə təchiz edə bilərik (misal üçün Televizor, Stolustu kompyuter , nootbok və s) Bu eyni zamanda internet resurslarinin daha sürətli, təhlükəsiz və səmərəli istifadəsinə imkan yaradacaqdır.

Bundan başqa Wi-fi və ya modemin quraşdırılacağı yerə diqqət edin. Qurğunun quraşdırılacağı yer istifadə üçün əlçatan olmaqla yanaşı uşaq otağınnan və günün çox hissəsini keçirdiyimiz otaqlardan maksimum kənarda quraşdırılmalıdır. 


Təmir büdcənniz yetərlidirsə bunları da edin


Müasir evlərdə mərkəzləşdirilmiş musiq sisteminin quraşdırılması son dövrlərdə olduqca populiyardır. Evinizdə istirahət etdikdə musiqi dinləmək, tv proqram və filmlər izləyərkən akustik bir səs evinizin hər bir guşəsində sizi təqib edir. Muasir musiqi mərkəzlərinə mobil qurğulardan istədiyiniz informasiyanı göndərə bilir eləcədə səsin idarə edilməsi mümkündür.

Təhlükəsizliyiniz üçün vacibdir!


Müasir ev üçün vacib olan təhlükəsizlik sistemlərinnən video-müşahidə siqnalizasiya və qapı zəngi önəmli qurğulardandır. Müasir təhlükəsizlik sistemlərinin köhnəlmiş ənənəvi  sistemlərdən fərqi hadisələrə real vaxtda nəzarət və müdaxilə imkanlarının olmasıdır. Siz evdə olmadığınızda belə, xaricdə səyahətdə olarkən belə qapınızın zəngini çalan şəxslə danışa bilir, onun evinizə daxil olmasini təmin edə bilir, eləcə də evinizdə itmiş əşyaların və  yaşadığınız ərazidə tez-tez rastlaşdığınız naməlum şəxslərin hərəkətlərini analiz edə bilərsiniz.

Nicat Nəzərov.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10