Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir məmur oğlunun qəzası


Daha bir məmur oğlunun qəzası

İcra başçısının oğlu “Range Rover” –lə yaşıl qadını vurdu, öldürdü və qaçdı

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədərək bir nəfər öldürüb. Bu barədə olke.az saytı məlumat yayıb.


Şahmar İbadov

Məlumata görə, hadisə avqustun 22-də Bakı şəhərində baş verib. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.

E.İbadov hadisə yerindən qaçsa da, sonradan polislər onu saxlaya bilib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov oğlu Elmir İbadov un ağır yol qəzası törətməsi barədə A24.az-a açıqlamasında bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil: “Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq.”

Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov un oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10