Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıdakı Nizami Gəncəvi heykəlinin yaradılmasının tarixçəsi - Fotolar


2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub.
Cenub.az Trend-ə istinadla oxuculara Bakıdakı Nizami Gıncəvi heykəlinin yaradılması tarixçəsini təqdim edir.
Nizami Gəncəvinin heykəlinin 1941-ci ildə, şairin 800 illiyi münasibətilə ucaldılması planlaşdırılırdı. Bunun üçün 1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində Yubiley Komitəsi yaradılmışdı.
1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün respublika müsabiqəsi təşkil olunub. 1940-cı ildə Qəzənfər Xalıqovun yaratdığı obraz həqiqi obraza daha yaxın hesab edilib və müsabiqənin ikinci turunda qalib gəlib.
Bundan sonra Nizami Gəncəvinin Bakı şəhərinin mərkəzində şairin adı verilmiş Azərbaycan ədəbiyyatı muzeyinin qarşısında heykəlinin ucaldılması üçün ümumittifaq müsabiqəsi təşkil edildi. Müsabiqənin yekununda qalib elan olunmasa da, Yubiley Komitəsi heykəlin yaradılmasını gənc heykəltəraş Fuad Əbdürrəhmanova və gənc memarlar Sadıq Dadaşovla Mikayıl Useynova tapşırıldı. Onların təqdim etdiyi Nizaminin heykəli və eyniadlı park layihəsi Moskvada İncəsənət Müəssisələri Baş İdarəsinin Bədii-Texniki Şurası tərəfindən təsdiqləndi. Amma müharibənin başlaması ilə əlaqədar tədbirlər təxirə salındı. Qeyd edək ki, Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı təntənəli iclas 1941-ci il oktyabrın 19-da, Leninqradın blokadasının 42-ci günündə keçirildi. Azərbaycanda isə yubileu müharibədən sonra, 1947-ci ildə baş tutdu.

F.Əbdürrəhmanov, S.Dadaşov, M.Useynov üçlüyünün işi çox uğurlu alındı. Bakıdakı açılış mərasiminə qədər onlar şairin vətəni Gəncədə Nizami Gəncəvi heykəli və parkını inşa etmişdilər. Bu işə görə F.Əbdürrəhmanov Stalin mükafatına layiq görülmüşdü.
Nəhayət, 1949-cu ildə Bakıda Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı baş tutdu. Mərasimdə respublika Nazirlər Sovetinin sədr müavini Mirzə İbrahimov, Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, şair Səməd Vurğu və digərləri iştirak etdi.
Bürünc heykəlin uzunluğu 6 metr, çəkisi yeddi tondur. Heykəlin yer aldığı kürsü 9 metr hündürlüyündədir. Heykəlin üzərində Nizaminin "Xəmsə"sinin qəhrəmanlarının təsvir olunudğu 7 barelyef yer alıb.












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10