Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar” – İDDİA


“Əli Həsənov deyir ki, Şuşada qələbə əldə olunandan sonra Prezident İlham Əliyev Rusiya faktorunu nəzərə aldı: “İstəsəydi, bir gündə Xankəndiyə də, Laçına da, Kəlbəcərə də daxil olardı. Amma bunu etmədi. Görün, Prezidentimiz necə ağıllı insandır. Əgər o ərazilərə daxil olsaydı, Rusiya kənarda qalacaqdı. Prezident Rusiyanın, Putinin hörmətini artırdı. Sağ olsun, Vladimir Putin də borclu qalmadı”. Qardaş, ölkə bu sözlərlə çalxalanır. Əli Həsənov deyir ki, 51 ildir, dövlətə xidmətə edir, çox sağ ol. 51 il dövlətə xidmət edən şəxs bu sözləri deyirsə… Bu, sabotajdır”.
“SAVAŞ” xəbər verir ki, bunu jurnalist Əvəz Zeynallı deyib.
Ə.Zeynallı qeyd edib ki, Prezident müharibənin aktiv dövründə dedi ki, Rusiya erməniləri silahlandırır, silahlandırmasalar, məsələni iki günə həll edərik: “Paşinyana da “dabanyalayan” dedi. Paşinyan kimin dabanı idi? Putinin dabanı idi. Əli Həsənov bunu bilmir? Əli Həsənovun sözlərinə Siyavuş Novruzovdan cavab istəmişəm, dedi ki, “beşinci kolon”dur. Siyavuş Novruzova cavab verə bilmir, deyir ki, inanmıram, Siyavuş Novruzov belə desin. Əli Həsənov “beşinci kolon”dur. Adam barəsində deyilənlərə belə cavab verib: “Mən heç bilmirdim ki, Əvəz Zeynallı adında TV-dir nədir var. O, jurnalistika prinsiplərinə zidd, etikadan kənar bir hərəkət edib, ailə məsələsinə toxunub. Deyir ki, Əli Həsənovun evində erməni var. Birincisi, mənim evimdə erməni yoxdur. Bu barədə əvvəllər çox yazırdılar. Son dəfə bu barədə açıqlamamı “525-ci qəzet”ə təxminən 10 il öncə vermişdim və bununla da bu söhbət qurtardı. İndi Əvəz Zeynallı bu söhbətə qayıdır. O, nədən belə edir, bilmirəm. Birincisi, mənəvi, etik baxımdan yanlış edir, ikincisi, qanuna da zidd olan hərəkətə yol verir. Mənim ixtiyarım var ki, bu saat onu məhkəməyə verim və ailəmə böhtan atdığına görə ona cinayət işi açılması tələbini qoyum. Ancaq özümü o səviyyəyə salmaq istəmirəm. Mən 51 il dövlətimə, xalqıma rəsmi vəzifələrdə olaraq xidmət etmişəm. Cənab Prezident də məni təqaüdə göndərərkən əməyimi çox yüksək qiymətləndirib. Mənə başqa heç kimin hansısa fikri maraqlı deyil. Mən qiymətimi almışam və təqaüddəyəm. Siyavuş Novruzovla əlaqəli məsələyə gəldikdə, mən inanmıram ki, Siyavuş mənim ünvanıma “Əli Həsənov ”beşinci kolon”dur” fikrini işlətsin. Mən Siyavuşun partiyada işini, xidmətini həmişə qiymətləndirmişəm. Özü də hər səviyyədə açıq qiymətləndirmişəm, başqaları kimi yox. Bunu onun özü də yaxşı bilir. Mən Siyavuş Novruzovdan mənə böhtan olan fikir gözləmirəm. Onun YAP-da böyük xidməti olub və bu xidməti mən həmişə dilə gətirmişəm”. 
Nə əlaqəsi, a kişi? Siyavuş Novruzov canlı yayımda dedi ki, Əli Həsənov “beşinci kolon”dur. İstəyirsən, “yeddinci kolon” ol, önəmli deyil. Deməmişəm, Əli Həsənovun evində erməni var. Demişəm ki, deyirlər, Əli Həsənovun həyat yoldaşı ermənidir. Bunu əvvəllər də yazmışam. Mənə Əli Həsənovla Ramiz Mehdiyevin villalarını tikən ustalar deyib ki, onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar. Bunu məhkəmədə də demişəm. Erməni olmaq niyə təhqir olur ki? Kiminsə evində varsa belə, xoşbəxt olsunlar. Mən həmin şəxslərin hakimiyyətdə təmsil olunma məsələsinə münasibət bildirmişəm. Qaçqın və məcburi köçkünlər üçün ayrılan milyonları mənimsəmisiniz. Heydər Əliyev sizi vəzifəyə təyin edəndə, yamaqlı şalvarda olmusunuz. Əli Həsənov, cavab ver, bu qədər pulu haradan mənimsəmisən? Villalar hansı pulla tikilib? 
Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtomobil kolleksiyasındakı maşınlarının hərəsinin 250-300 min qiyməti var. Üç insanı öldürmək, birini satın almaq, Türkiyə vətəndaşlarına da “atmaqdır” dövlətə xidmət? Necə olur, başqaları içəridə çürüyürlər, sənin nəvən isə 1-ci ayın tamamında azadlığa buraxıldı. Sənin nəvən həbsxanada deyil, xəstəxanada oldu. Onun üçün ayrıca otaq tikilmişdi. Budur dövlətə xidmət? Sən bu səltənəti aldığın 2 min manatla yaratmısan? 
50 hektarlıq ərazidə qardaşınla birgə villa tikdirmisən. Villaların altından qatar keçir. Təsəvvür edin, uşaqların oynaması üçün iki villanın ortasından qatar gedir. Məni sizin ağababanız – Ramiz Mehdiyev məhkəməyə verib, adaşın Əli Həsənov şərləyib. Evinizdə erməni yoxdursa, deyin ki, yoxdur. Məhkəmə üçün tələsmək lazım deyil, kim hansı məhkəmədə yarqılanacaq, məlum deyil. Prezidentin siyasətinə kölgə salan, Putindən asılı imiş kimi təqdim edən sizsiniz. Siz 3 minə yaxın şəhidimizin ruhuna sayğısızlıq edən sizsiniz. “Beşinci kolon” açıq şəkildə üstümüzə gəlir. Əli Həsənov cəzalandırılmalıdır. Sən Ramiz Mehdiyevlə nərd oynaya-oynaya müzakirə aparacaqsan, deyəcəksiniz ki, Prezident Xankəndiyə Putinin xahişi ilə daxil olmadı, sonra da bunu ictimailəşdirəcəksiniz, biz də ona cavab verəndə, üstümüzə məhkəmə hədəsi ilə gələcəksiniz? Ramiz Mehdiyevdən öyrən, gör məhkəmədə aqibəti necə olub?”/Pravda.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10