
Yenixeber.org: Hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin edilib və C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, C.Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.