Onun işinə heç kim kölgə sala bilməyib, nə Stalin, nə Xruşşov, nə Brejnev, nə də sonrakı sovet liderləri. Əksinə, 30 il nazir postunu tutan Yefim Slavski bu illər ərzində SSRİ rəhbərləri tərəfindən ən yüksək mükafatlarla təltif olunub. O, SSRİ tarixində 3 dəfə Sosialist Əməyi Qəhrəmanı alan 16 nəfərdən, 10 dəfə “Lenin” ordeni alan 3 nəfərdən biri olub.
Çoxları Yefim Slavskini əvəzolunmaz “Atom naziri” adlandırıb. O, 1957-cü ildən 1986-cı ilə qədər SSRİ orta maşınqayırma naziri vəzifəsində işləyib. Bu nazirlik nüvə sənayesinin idarə edilməsi, nüvə başlıqlarının istehsalının təmin edilməsi funksiyasını daşıyıb. Nazirlik tam məxfi şəraitdə fəaliyyət göstərib. Yəqin elə bu səbəbdən də nazirlik qeyri-rəsmi adlara malik olub: “Dövlət içində dövlət”, “SSRİ-nin 16-cı respublikası”.
Yefim Slavski 1898-ci ildə Ukraynada, Makeyevka şəhərində anadan olub. Uşaqlıq illərindən imkanlı fermerlərin təsərrüfatlarında çobanlıq edib. Natamam orta təhsil aldıqdan sonra o, zavodda sıravi fəhlə kimi işə düzəlib.
Slavski 1917-ci il inqilabından sonra bolşevik partiyasına üzv olub. Vətəndaş müharibəsi başlananda ordu sıralarına keçib. 1928-ci ilə qədər orduda xidmət edib. Nümunəvi xidmətinə görə Semyon Budyonıdan adı üstünə həkk olunmuş qılıncla mükafatlandırıb.
Amma Yefim Slavski gələcəyini hərb sahəsinə bağlamayıb. O, ordudan tərxis olduqdan sonra Moskva Qızıl və Əlvan Metallar İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra ayrı-ayrı zavodlarda işləyən Slavski savadlı və bacarıqlı mütəxəssis kimi tanınıb. 1939-cu ildə o, Dnepropetrovsk Alüminium Zavoduna direktor təyin edilib. Sovet-alman müharibəsi başlananda zavod Sverdlovskiyə köçürülüb. Təxliyə işləri məhz Slavskinin rəhbərliyi ilə aparılıb. Sverdlovskdə Slavski böyük istehsalat uğuruna imza ataraq dövlətə 20 min ton əvəzinə 75 min ton alüminium təhvil verib.
1945-ci ildə Stalinin təşəbbüsü ilə Slavski SSRİ əlvan metallar komissarının (nazirinin) müavini vəzifəsinə təyinat alıb. Bu vəzifədə bir il işlədikdən sonra onu SSRİ Nazirlər Soveti yanında Birinci İdarənin rəis müavini təyin ediblər. Bu idarə atom layihələrini həyata keçirib. SSRİ Orta Maşınqayırma nazirliyi də sonralar məhz bu idarənin bazasında yaradılıb.
1949-cu ildə atom bombasının hazırlanmasına görə Yefim Slavski Boris Vannikov, İqor Kurçatov, Yuli Xaritonıla birlikdə Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb.
1957-ci ildə SSRİ orta maşınqayırma naziri təyin olunan Yefim Slavski 1986-cı ilə qədər bu vəzifədə işləyib. Nazir olduğu illərdə Yefim Slavski SSRİ-nin atom layihələrinin həyata keçirilməsində böyük uğurlar qazanıb. SSRİ-də “atom şəhərciklərinin” yaradılması məhz onun adı ilə bağlıdır.
İki dəfə Stalin, bir dəfə Lenin və Dövlət mükafat laureatı olan Slavski kabinet naziri olmayıb. O, atom layihələrinin icra olunduğu ərazilərdə şüa qəbulundan çəkinməyərək şəxsən iştirak edib.
Moskvada növbəti həkim müayinələrinin birində mütəxəssislər Yefim Slavskinin sağlamlığına təəccüb ediblər. Belə ki, müayinə zamanı məlum olub ki, Yefim Slavski üç ölüm dozasından artıq şüa qəbul edib. Buna baxmayaraq o, fəaliyyətini dayandırmayıb.
Müayinənin nəticələrindən təəccüblənən həkimlərə isə özünəməxsus yumor hissi ilə cavab verib:
“Mən hər gün xizəkdə 15 kilometr məsafə qət edirəm. Yəni normadan üç qat artıq...”
1986-cı ildə Çernobıl qəzası baş verəndə 88 yaşlı Yefim Slavski dəflərlə qəza yerində olub. Qəzanın fəsadlarının aradan qaldırılmasında onun köməyinə böyük ehtiyac duyulub və o, öz köməyini əsirgəməyib. Elə həmin hadisələrdən sonra da onun səhhətində ciddi problemlər yaranıb.
Həmin ilin noyabr ayında Yefim Slavski Mərkəzi Komitəyə dəvət olunub və səhhətinə görə o, nazir vəzifəsindən azad edilib.
88 yaşlı sabiq nazir ömrünün son illərini elmi yaradıcılığa, kitablar yazmağa sərf edib. Nazir kürsüsündən getdikdən sonra da atom layihələri ilə bağlı mütəxəssislər onun məsləhətlərini vacib sayıblar. Bununla yanaşı ölkə rəsmiləri tez-tez onu ziyarət ediblər.
Yefim Slavski 1991-ci ildə, 93 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunub.
2008-ci ildə “Rosatom” Dövlət Korporasiyası “Slavski” ordenini təsis edib. Bu ordenlə atom sənayesində fərqlənənlər təltif olunurlar.
Yefim Slavskinin xatirəsi bir çox şəhərlərdə əbədiləşdirilib, Moskvada, Makeyevkedə, Yesentukidə, Ust-Komeneqorskda, Sayanskda onun büst və abidələri qoyulub, haqqında sənədli filmlər çəkilib, kitablar yazılıb.
İlham Cəmiloğlu, Musavat.com