
FHN-dən verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
Hazırda axtarışlar B.Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı və ora yaxın ərazilərdə aparılır.
Əlavə məlumat veriləcək.