Aromayağlar - müxtəlif bitki, meyvələrdən xüsusi çəkilmiş efir yağlarıdır.
Efir yağlarından qədim zamanlardan istifadə ediblər.
Onların içində seksual gücü tənzimləyən afrodiziak təsirliləri də var.
"Medicina.az" efir yağlarının kişilərdə potensiyaya təsirini araşdırıb.
Afrodiziak təsirli yağ qoxu yolları ilə hipofizə gedib çatır. O isə öz növbəsində cinsiyyət vəzlərinə impuls ötürür. Nəticədə vəzilər aktivləşir, oyanır, böyüyür.
Kişilər qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək, intim əlaqəni uzun və effektiv etmək üçün paçuli, səndəl, ilan-qilanq,vetiver efir yağlarını seçməlidir.
Eləcə də lavanda kişinin beynini, əzələlərini rahatladır.
Əgər görüşdən öncə ilanq-ilanq yağı ilə səndəl yağını qarışdırıb, duşdan sonra bədənə çəksəz, o zaman qarşınızda heç kim dayana bilməyəcək.
Necə istifadə etməli:
Efir yağını damcı şəklində istifadə edirlər. Onu mütləq digər yağla qarışdırmaq lazımdır. Məsələn, ilanq-ilanq efir yağını hər hansı kosmetik yağa (zeytun, badam, buğda və s) qatıb bilək, boğaz, boyuna çəkməlisiz. 10 ml kosmetik yağa 5 damla efir yağı əlavə olunur.
Eləcə də yataq otağında efir yağları ilə intim ab-hava yarada bilərsiz.
Bunun üçün aromalampa alıb bu efir yağlarını orda yandıra bilərsiz.
Eləcə də efir yağını yastıq və yorğana çəkə bilərsiz. Əl yaylığına damcıladıb, yaxınınıza qoya bilərsiniz.
Efir yağları aptek, kosmetik mağaza və xüsusi ətirli yağlar satılan yerlərdə olur.