Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ


Bu günlər ən sevindirici hal, dövlət səviyyəsində kütləvi şəkildə vaksinasiyaya “start” verilməsidir. İnsanların fərqli münasibət və yanaşmasından asılı olmayaraq, Biz bu istiqamətdə ən öncül ölkələrdən biri kimi, ilk növbədə Ölkə başçısına, eləcə də təşkilatçı və icraçı kimi Səhiyyə Nazirliyi və Təbibə yalnız təşəkkür etməli və bu işin uğurla tamamlanmasına bacardığımız hər bir köməkliyi göstərməklə, COVİD 19-u əbədi olaraq tarixə qovuşdurmalıyıq. 
     
COVİD 19 əleyhinə vaksinasiya bu infeksiyadan qurtuluşun yeganə yoludur, zəruridir, mütləqdir və kovidsiz sabaha nicat yoldur. 
     
Bununla belə, vaksinasiya barədə insanlar arasında yenə də vahid fikir birliyi yoxdur. İnsanlara vaksinasiyanın zəruriliyini inandıra bilsək də, son günlər çoxsaylı müraciətlərdə insanları ən çox narahat edən bir sual var.  Kimlər vaksinasiya olunmamalıdır?
     
Bu haqda aşağıdakıları bildirirəm:

Dövlətimiz insana hörmət, hüquq , azadlıq və  fərdi istək faktorunu əsas götürdüyündən, vaksinasiya məcburi deyildir və heç bir vətəndaş məcburən vaksinasiya olunmayacaqdır. 

- Son altı ayda bu infeksiyanın istənilən klinik formasını keçirmiş şəxslər bu proseduradan azaddır (qoruyucu antitellər 6 yox, 8 aya sıfırlandığından, mənim fikrimcə bu müddət 8 ay olmalıdır; yəni son olaraq bu infeksiyanı keçən il may ayında keçirən şəxslər; nəzərə alsaq ki, Bizim Ölkəmizdə keçən il may ayına qədər kütləvi yoluxma olmayıbdır).

- COVİD 19 əleyhinə peyvəndlərin klinik sınağının 3-cü mərhələsi başa çatmadığı və IV mərhələsinə başlanılmadığından, terotogen, mutogen, konserogen və embriotoksik təsirləri öyrənilmədiyi, eləcə də istənilən peyvəndlərin lipofil təbiətli olmasını nəzərə alaraq,  onun uşaqlara, hamilə qadınlara və südəmizdirən analara vurulması yolverilməzdir və əks göstərişdir.

- İstənilən kəskin nozoloji xəstəliyə tutulmuş, eləcə də uzunmüddətli xroniki iltihabi proses və ya autoimmun xəstəliklərdən əziyyət çəkən şəxslərə COVİD 19 əleyhinə peyvənd vurulması məsləhət deyildir. 

- Son olaraq onu qeyd etmək istəyirəm ki, bizim ölkəmizdə "Sinovac" şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Bu peyvənd klassik yolla, yəni ölmüş mikrob kulturasından alınır. Odur ki, enzim patologiyası olan məhdud sayda insanlar nəzərə alınmasa, heç bir ciddi və təcili müdaxilə tələb edən əlavə effektlərə və ya  qeyri-spesifik təsirlərə malik ola bilməz. Dıgər tərəfdən, bildirmək istəyirəm ki, bu peyvəndi istər günümüzə qədər  COVİD 19-a yoluxmayan, istər də zaman müddəti nəzərə alınmadan, onun istənilən klinik formasını keçirmiş şəxslərə vurmaq olar.

Musa Qəniyev, Tibb elmləri doktoru, professor





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10