Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Biləsuvarda müdhiş cinayət – “Araz çıxmasa, Gülşən gedəcək... ” FOTO+VİDEO


Bu gecə Biləsuvar rayonunun Çaylı kəndində böyük təşviş yaşanıb,

qisas almaq məqsədi ilə cinayət törədilib.


Təxmini 3 radələrində əvvəlcə kəndin işıqları sönüb, sonra eyni vaxtda iki evdə güclü yanğın başlayıb.

Belə ki, Xaləddin KərimovMirzağa Abışovun həyətlərindəki köməkçi tikililərin içərisindəki ot bağlamaları ilə birlikdə yanaraq külə çevrilib.




Məsələnin ilginc tərəfi budur ki, yanğın baş verən hər iki evin qapılarına təhdid dolu cümlələr yazılıb.

Qapılardan birinə "20 günə Araz çölə çıxmasa, Gülşən gedəcək”,



digərinə isə "...Araz çıxmasa daha pis olacaq” sözləri qeyd olunub.



Məlumat üçün bildirək ki, bu ilin may ayının 22-də kənd sakini 1989-cu il təvəllüdlü Araz Həsənov öz xalası oğlu Xaləddin Kərimovu borc üstündə ürəyindən bıçaqlamışdı. Bundan sonra Xaləddin xəstəxanaya, Araz isə həbsxanaya aparılmışdı.

Tərəflər arasında barışıq olmadığından, yəni Xaləddin xalası oğlunun günahını bağışlamadığından ailələr arasında ciddi problemlər yaranıb, düşmənçilik böyüyüb.




Zərərçəkənlərdən biri - Mirzağa Abışov bildirib ki, baş verən hadisə hazırda həbsdə olan Araz Həsənovun adamları tərəfindən törədilməsinə heç bir şübhə yoxdur: "Xaləddinin bacısı mənim gəlinimdi. Arazgilin adamları elə bilir ki, onları barışmağa mən qoymuram. Ona görə də hücumlar həm də mənə qarşı yönəlib. Yoxsa mənim heç bir düşmənim yoxdur”.



M. Abışov bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib: "Səhər sahə müvəkkili gəlib hadisə yerinə baxış keçirdi. Şəkillər çəkib getdi. Bildirdi ki, hamımızdan izahat alınacaq.

Ümid edirik ki, hadisəni törədənlər cəzalarını alacaqlar. Bu qədər qudurğanlıq, özbaşınalıq olmaz.



Bizə qarşı çox böyük həm mənəvi, həm də maddi zərər yetirilib. Hər şeydən əvvəl mənə küllü miqdarda ziyan dəyib. Ot tayam , içərisində taxılım və başqa məhsullarım yanıb külə dönüb”.
(BakuPost.az)







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10