1-ci Qarabağ savaşında 20-yə yaxın şəhid verən Ərkivan qəsəbəsinin oğulları 2-ci Qarabağ savaşında da fədakarlıqla vuruşub. Yüzlərlə ərkivanlı bu döyüşlərdə könüllü kimi ən qızğın döyüşlərdə olub. Hələ 2020-ci ilin iyul döyüşlərində Ərkivan ilk şəhidini verdi- mayor Anar Novruzov Tovuz döyüşlərində qəhrəmancasına həlak oldu. 44 günlük müharibədə isə Ərkivan 3 şəhid verdi -- Əlizadə Famil Habil oğlu, Şirəliyev Sahib Yusif oğlu, Seyfullayev Sənan Mətləb oğlu.
Bütün bunlardan əlavə 26 ərkivanlı bu müharibədə müxtəlif dərəcəli xəsarət alıb. Qolun itirən də olub, gözün itirən də, nitqin itirən də, sağalıb yenidən hərbi xidmətə qayıdan da.
Biz onların məhəllələr üzrə siyahısını təqdim edirik. Bu şəxslərin hamısının bizdə mobil nömrələri var. Onlara əlaqə saxlamaq istəyənlər bizimlə əlaqə qura bilərlər. Bu şəxslərin ən azından mənəvi dəstəyə ehtiyacları var.
Əsgərlərimizin hər birin film kimi həyatı var. Təkcə bir məqamı xatırlayaq. Ağır döyüşlərdə nitqini itirən, Qələbə xəbərin eçidəndə dili açılan Xudakərim bəyin ilk zəng etdiyi insan, həmin vaxtlarda onlara maddi və mənəvi dayaq olan “Ümidim sənsən” İB-nin rəhbəri oldu.
Qəhərəman və yaralı qazilərimizi axtaraq. Onlara dayaq olaq.
1. Əliyev Mirabbas Mirnuh oğlu | Baglaküçə küçə m. | Mərmi zərbəsindən zədələnib. Hal-hazırda ordudadır |
2. Atakişiyev Famil Faiq oğlu | Baglaküçə küçə m. | Mərmi zərbəsindən zədələnib. Hal-hazırda ordudadır |
3. Əliyev Elmir Mirələm oğlu | Baglaküçə küç | Mərmi zərbəsindən zədələnib. Tərxis olunub |
4. Talıblı Fariz Həşim oğlu | Baglaküçə küçə m. | Mərmi zərbəsindən zədələnib. Tərxis olunub |
5. Mazanov Hüseyn Rahib oğlu | Baglaküçə küç. M. | Mərmi zərbəsindən zədələnib. Tərxis olunub |
6. Orucov Şamxal Əlövsət oğlu | Qızlaküçə küç. M. | Mərmi zərbəsindən zədələnib. Tərxis olunub |
7. Baxşiyev Ruslan Telman oğlu | Qızlaküçə küçə m. | Mərmi zərbəsindən zədələnib. Tərxis olunub |
8. Əsgərov Nazim Böyükxan oğlu | Qızlaküçə küçə m. | Mərmi zərbəsindən zədələnib. Tərxis olunub. Hazırda hospitaldadır. |
9. Abdinov Xudakərim Niyazi oğlu | Pələnküştə küçə m. | Mərmi zərbəsindən dili tutulmuşdur. Qələbə xəbərin eşidəndə açıldı |
10. Bağırov Kamran Ziyadxan oğlu | Pələnküştə küç | Ciddi yaralanmış, appensitdən əməliyyat edilmiş. Tərxis olunmuşdur. |
11 .Mirzəyev Azər Rafiq oğlu | Zeynoba küçə m | Yaxınlığına mərmi düşüb. Hissiyatını itirmişdi. Tərxis olunmuşdur. |
12. Əliyev Yusif Vəkil oğlu | Zeynoba küçə m. | Ayağından zədələnmiş. Hazırda hərbidədir |
13. Haqverdiyev Ramal Eldar oğlu | Miyondi küçə m | Güllə yarası alıb. Hazırda hərbidədir |
14.. Abbasov Rəşid Mail oğlu | Həsnəküçə m. | Başında qəlpə yarası var. Hazırda tərxis olunub . |
15. Xıdırov Abdurrəhman Baba oğlu | Bədirli m. | Qolundan zədələnib.Tətxis olub. Müalicə alır. |
16. Cəbrayılov Cəbrayı Eldəniz oğlu | Bədirli m. | Bir dəfə əməliiyyat olunub. Bir dəfə də olunmalıdır. |
17. Cəbiyev Tərlan Valeh oğlu | Cəbili m | 2 gözü tutulmuşdi; biri ikisi açılıb. Tərxis olunub. |
18. Şükürov Zaur Vidadi oğlu | Ramazanlı m. | Bir qolu kipsdədir. Bir ayağında da zədə var. Məzuniyyətdədir. |
19. Bağırov Kəmaləddin Miri oğlu | Isoba m. | Yaralı əlində aparat var. Tərxis olunub |
20. Quluzadə Adil Əmirzadə oğlu | isoba m | Dili tutulmuşdu. Hazırda dili açılıb və tərxis edilib. |
21. .Əzimli Əliqismət Əlimərdan oğlu | Abaslı m | Qolundan zədələnib, ciddi müalicəyə ehtiyacı var. Tərxis olunub |
22. İbrahimli Daməd Arif oğlu | Təzə məhəllə | Saq qolu kəsilib. Tərxis edilib. |
23 .Əliyev Nurlan Əliqismət oğlu | Təzə məhəllə | Tərxis edilib. Möhkəm soyuqlayıb. |
24. Məmmədov Davud Fikrət oglu | Təzə məhəllə | Ciddi beyin zədəsi alıb. |
25. Məcidov Polad Zaur oğlu | Təzə məhəllə | Nitq və eşitmə qabilliyyətini itirib. Tərxis olunub. |
26. İsrafilov Azər Camal oğlu | Allahyarlı kənd | Bir qolu işləmir. Məzuniyyətdədir. |
Cenub.az. Zahir Əmənov