Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şuşaya avtobus xətləri açılır


İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə deyib.
Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib: "İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin". (“Trend”)

Xatırladaq ki, Şuşaya Füzuli rayonu istiqamətindən 4 (bəzi yerlərdə 6) zolaqlı avtomagistralın (“Zəfər yolu”) çəkilişi işləri sürətlə davam edir. Cəmi iki aya yaxın vaxt ərzində yolun yatağı hazır vəziyyətə gətirilib və qrunt döşənib. Bu günlərdə yol xidməti istifadə üçün tam hazır vəziyyətə gətirilib və nəticədə Şuşaya gediş-gəliş xeyli asanlaşıb. Böyük Tağlar, Çanaxçı, Sığnax və Daşaltı kəndlərindən keçən həmin yolla Prezident İlham Əliyev də Şuşaya səfər edib.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10