Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkənin suverenliyinin dörd "şimal adasına" da aid olduğunu bəyan edib. Yaponiyada İturup, Kunaşir, Şikotan və Habomai belə adlandırılır.
Cenub.az xəbər verir ki, Suqa 2020-ci ilin sentyabrında bir telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin də sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsi məsələsinə toxunduğunu xatırladıb.
Onun sözlərinə görə, birgə iqtisadi fəaliyyət "hər iki tərəfin hüquqi mövqeyini pozmamaq şərtilə şimal ərazilərinin problemini həll etmək" fikrinə əsaslanır.
Bundan əvvəl Suqa Kuril adaları ilə bağlı problemin gələcək nəsillərə ötürülməməli və bu məsələyə "son nöqtə" qoyulmalı olduğunu deyib. Eyni zamanda, baş nazir sələfi Şinzo Abe tərəfindən Rusiya ilə bağlı müəyyən edilən kursu davam etdirəcəyini qeyd edib.
O, əldə edilmiş razılaşmalara güvənərək Rusiya Federasiyası ilə anlaşa bilmək üçün çalışacağını vurğulayıb.