Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu müsəlman ölkəsində siğə -müvəqqəti nikah qadağan olundu...-İBRƏTAMİZ


Misirdə müvəqqəti “ailə”lər qurulmasına qadağa qoyulub.

Cenub.az xarici İslam saytlarına istinadla xəbər verir ki,  bu qadağa
ölkənin əsas dini hüquqi orqanı  olan Fətvalar İdarəsi tərəfindən təsbit edilib.

Belə bir fətva misirli vəkil Əhməd Məhranın tərtib etdiyi “müvəqqəti nikah müqaviləsi”nə sosial şəbəkələrdə ilahiyyatçıların sərt reaksiyasından sonra verilib. 

Fətvada bildirilir ki, İslamda bu növ nikahlar doğru hesab edilə bilməz.  Müvəqqəti kəbinin eyni zamanda  Misir cəmiyyətinin də  dəyərlərinə zidd olduğu göstərilib. 

Xatırladaq ki, kişi və qadın arasında müvəqqəti nikah bir sıra müsəlman ölkələrində “siğə” və ya “mutə” adı altında tətbiq edilir. Halbuki, bir sıra İslam alimləri bu cür kəbinləri İslamda ailə institutunun təməllərinə zidd olması baxımından zinakarlığın bir növü kimi dəyərləndirirlər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10