Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda da peyvəndə başlanıldı


Bəs tibb sığortadan nə xəbər?
Cəmiyyət üçün maraq doğuran bu xəbərlər yəqin ki, hər bir masallılı üçün də maraqlıdır.
Biz də bu marağı nəzərə alıb Masallı Mərkəzi Xəstəxanasının məsul şəxslərinə zəng vurduq. Kimə zəng vurduqsa, dedilər, bunu ancaq baş həkim (İndi direktor deyirlər) Cəlil müəllim bilər. Cəlil müəllimə gün ərzində vurduğumuz aramsız zənglər cavabsız qaldı. (Cəlil müəllimlə “dost”olmaq necədə çətin imiş).
Çoxlu cəhdimizdən sonra bəlli oldu ki, yanvar ayının 20-dən başlayaraq Masallıda da koronovirusa qarşı peyvəndə başlayıb. Öncə buradakı həkimlər peyvənddən faydalanıb. Peyvəndlərin bu gün və sonrakı günlərdə də davam edəcəyi bildirilir.
“Tibbi sığorta Masallıda nə vaxt və necə tətbiq olunacaq?” sualına isə kimdənsə cavab ala bilmədik.
Bilən olsa, bizə də desin.
Oxucular da görsün ki, biz müstəqil və demokratik ölkədə ən adi məlumatı necə zülmlə əldə edir, ya da heç əldə edə bilmirik.
Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10