Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlı Seyid Bəşir Xorasanda babasının mülkünü axtarır





  Seyid Bəşir:-Babamın Məşhəddə dəyəri milyon manatlarla ölçülən mülki və bankda əmanəti var

Ərkivan qəsəbə sakini, 74 yaşlı Bəşirov Bəşir

Cenub.az və arkivan.az redaksiyaya müraciət edərək bildirib ki, onun  babasının  Xorasan vilayətinin Məşhəd şəhərində dəyəri milyon manatlarla dəyəri olan mülki saxta sənədlərlə başqasına satılıb.

                                                                                                          Nəslin şəcərəsi

Onun bildirdiyinə görə,  ata babası Fəttayev Bəşir Həşim oğlu 1895, ya da 96-cı ildə, sonralar məşhur ilahiyyatçı alim kimi tanınmış, ərkivanlı Fazil Lənkərani ilə birlikdə dini təhsil almaq üçün İranın Xorasan vilayətinə gedir.

Yeniyetmə və subay oğlan olan babam orada Mirzə Şəffafinin qızı Bətur adlı qızla ailə həyatı qurub. Bəturdan onun 2 oğlu olub. Oğlanlardan biri Əhmədağa ailə həyatı qursa da,  övlad sahibi olmayıb və varis kimi heç kim qalmayıb. Daha doğrusu, bir neçə övladı olsa da, hamısı vəfat edib.

Digər oğlunun isə adı Maşallah olub.

                                                     Ərkivana qayıdış və...

1926-cı ildə Babam Seyid Bəşir, həyat yoldaşı Bətul, oğlanları Maşallah və Əhmədağa ilə birlikdə Masallının Ərkivan ərazisinə gəliblər. Məqsəd Maşallanın öz ailəsinə anasına dəymək olub.

Bunlar Ənzəliyə qədər gəmi ilə gəlib. Oradan faytonla İran Astarasına qədər yol qət edib. Sonra çırmanaraq Astara çayını keçməklə Sovet Astarasına daxil olublar.

Sərhəddi keçərkən Seyid Bəşirin şəxsiyyətini təqdiq edən sənədlərini alıblar ki, qayıdanda verərik.

Elə olub ki,  sonralar sərhəd qaydaları sərtləşdirilib və Mirbəşir babam geri qayıda bilməyiblər.

 Maşallah deyir ki,  babam bura gələndə, yəni 1926-cı ildə 12 yaşım var idi. Yəni, onun təvəllüdünün 1914 olduğu ehtimal edilir.

Atam Maşallah 1939-cu ildə ərkivanlı Məmmədova Məhbubə Məmmədəli qızı ilə ailə həyatı qurub, dünyaya  6 oğlan və bir qız övladı gətiriblər. . Hazırda 3 qardaş qalmışıq. Bəşir, Həşim, Əkbərağa.

Atam 1941-də müharibəyə gedib, 2 ayağın itirərək geri qayıdıb.

Baba Seyid Bəşirin 1933, ya da 39-da rəhmətə getdiyi bildirilir. Arvadı Bətul isə 1932-ci ildə rəhmətə gedib.

                                            İrandakı mülk barədə

Mən hələ uşaq olanda atam Maşallah bizə deyərdi ki, onun atası Bəşirin İranda, Məşhəd şəhərində, məhəlleyi Edigah, Noxudlu küçəsində mülki var. Və həmin mülkün sənədləri olan qovluğu da bizə göstərirdi.

Atam deyirdi ki, onun atası, yəni babam Seyid Bəşir o mülki elə sənədləşdirib, ora heç kim girə bilməz.

1994-cü ildə, yanvarın əvvəlində biz ailəvi Məşhədə gedib həmin mülki gördük. Ətrafının şəklin çəkdik. Ev sahibsiz olduğundan orada uzun müddət adam yaşamayıb, mülk bərbad vəziyyətə düşüb. Oradakı hotelin sahibi deyirdi ki, bu evin sahibi Şurəviyə gedib, sonra qayıda bilməyib.

Bizim bu mülklə maraqlandığımızı görüb, daha sonra həmin yeri saxta sənədlər qanuniləşdirib başqasına satıblar.

Hazırda həmin mülkin yerində hotel tikiblər. Bu şəkillərdə də əks olunub.

Yaxın qohumlarım araşdırıb ki, Ediye məhəlləsinin arxivində babamın mülkinə aid sənədlər var, bir də həmin arxivdəki xəritədə Seyid Bəşirin 13 sotuq (35x40-a) həyəti olduğu göstərilir.  Başqa sənədlərdə babamın digər yerdə də torpağı və bankda pulunun olduğu barədə sənədlər var.

Sonralar qardaşlarım rəhmətə getdiyi, ağır duruma düşdüyüm üçün bu işi araşdıra bilmədik.

2020-ci ilin yayında İran səfirliyinə müvafiq sənədləri göndərdim. Onlar sənədləri araşdırmadan, bizə cavab vermədən konsulluğun arxivinə atıblar, sonralar heç məni qəbul etmədilər.

Milyon manatlarla dəyəri olan babamın mülkinə sahib çıxa bilmirəm.

Sənədləri neçə nəfərə göstərmişəımsə, deyirlər, haqq sənin tərəfindədir.

Bu işə vəkil tutmaq üçün mənim imkanım yoxdur. Hansı vəkil bu işi öhdəsinə götürüb, udarsa, əldə olunan məbləğin müəyyən faizin həmin vəkilə ödəyərəm.

Bir də, xahiş edirəm ki,  İran səfirliyi mənə cavab versin. Ya yazsın ki, haqlı deyilsin, ya da haqqımın bərpa olunmasına yardımçı olsun. Cenub.az. və arkivan.az üçün hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10