Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni alim uzunmüddətli və böyük müharibə xəbərdarlığı edir



“Ermənistan üçün nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını təmin edən və 11 yanvarda imzalanan üçtərəfli bəyanat ilk növbədə milli təhlükəsizlik problemidir”.

Cenub.az
xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, enerji, geosiyasət və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis Armen Manvelyan deyib.

Onun fikrincə, noyabrın 10-da imzalanan razılaşmanın 9-cu maddəsinin iqtisadi perspektivlərini reallaşdırmaq ehtimalı barədə danışmağın mənası yoxdur.

“Yolların blokdan çıxarılması milli təhlükəsizliyimizi təhdid edir”,- deyən A. Manvelyan əlavə edib ki, bu, sadəcə, Azərbaycan-Türkiyə layihəsidir: “Sözdə Böyük Turan proqramıdır. Mehridən keçmək üçün çoxdan xəyal qururlar. Hər kəsə elə gəlir ki, buna heç bir halda icazə verilməməlidir”.


A. Manvelyan

Manvelyanın iddiasına görə, SSRİ dövründə də Azərbaycan belə proqram həyata keçirməyə çalışıb, lakin SSRİ rəhbərliyi buna qarşı çıxıb: “Yolların blokdan çıxarılmasının nə demək olduğunu söyləmək mənim üçün deyil. Ticarət əlaqələrini və digər imkanları unudun. Bu yollar ticarətə xidmət etməyəcək. Əksinə, hərbçilər hərəkət edəcək. Bunu nə Türkiyə, nə də Azərbaycan gizlədir. Nədənsə yalnız erməni tərəfi bəzi ticarət imkanlarına və dəyişikliklərə ümid bəsləyir”.

Yolların blokdan çıxarılmasını Ermənistanın milli təhlükəsizlik problemi kimi qiymətləndirən mütəxəssisin fikrincə, məsələnin “mənəvi” tərəfi də var:

“Müharibədən sonrakı dövrdə ölənlərimizi dəfn etməmişik, ölənlərin hamısının cəsədləri tapılmayıbsa, əsir problemi varsa, başqa nədən danışa bilərik? Bütün bunlardan sonra “fürsət” sözünü necə işlətmək olar? Bu gün imkan və fürsətlər haqqında danışmaq insanlara gülmək deməkdir. Əsir və məhbus məsələsi həllini tapmayıbsa, açıq rabitə kimə və nəyə lazımdır?”.

Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılmasına qarşı çıxan şərqşünas, hazırda bölgədə baş verən geosiyasi proseslərdən də danışıb:

“İndi bölgədə nə baş verir? Azərbaycan hərbi imkanlarını genişləndirir, güclənir. Son bir həftə ərzində 45-dən çox türk hərbi təyyarəsi Azərbaycana enərək silah-sursat çatdırıb. İran qoşunlarını Azərbaycan və Naxçıvan istiqamətinə ötürür. İsrail və ABŞ nəhəng hərbi hərəkətlər başladır. Bögədə hərbi toqquşma ehtimalı xeyli artıb. Ermənistan hökuməti bu şəraitdə nə ilə məşğuldur? Hələ müharibə astanasındayıq və bu müharibə indiki kimi 44 günlük olmayacaq, daha böyük və güclü olacaq. Bütün bunlardan sonra bizimkilər hələ də ticarətlə məşğul olmaq istəyirlər”.

Manvelyan qeyd edib ki, Ermənistanın hazırki rəhbərliyi ölkəni də özü ilə uçuruma sürüyür: “Azərbaycan, Rusiya və Ermənistan liderləri yanvarın 11-də Moskvada danışıqlar apardı, bunun ardınca Azərbaycan və Ermənistan arasında dəmir yolunun bərpasına dair bəyanat imzalandı. Əvəzində əsirlərin geri qaytarılması məsələsi həll olunmamış qaldı”.

Reyting.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10