Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda “Niva” aşdı


Cəlilabadda iki nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Cenub.az xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 2 nəfər (Həsənov Niyaməddin Gülməmməd oğlu və Həsənova Könül Səlim qızı) ölüb, daha 2 nəfər isə yaralanıb.
Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Onlardan birinin şəxsiyyəti artıq dəqiqləşdirilib. Bu, Abdullayev Adil Mehman oğludur.
Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10