Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Döyüşdə olarkən nişanlanan "Cənub Xəbərtv"nin operatoru müharibədən qayıdıb


Cənub xəbərtv-nin baş operatoru Vadim Eyvazoğlu bir neçə gündür ki, müharibədən doğma yurda qayıdıb. Özü də bir neçə medalla. Vadimin bu günlər sevinci-sevincə qatışıb. Döyüşlərin ən qızğın dövründə valideynləri onun evlənmək arzusunu reallaşdırıb və Vadimi sevdiyi xanıma nişanlayıblar. Döyüşdə olan əsgərin nişan üzüyünü qəbul edən xanımın da bu addımı, cəsarəti, Vadimə, qələbəmizə inamı təqdirəlayiqdir.

Vadimin müharibədən rayona qayıdışı böyük isə təntənə ilə qarşılandı. Onu ziyarətə gələn yüzlərlə kənd sakinləri, döyüş dostları, xüsusən xilas etdiyi yaralı əsgərlərimizin ailələri və özləri bir neçə gün bu əsgərin ata evini ziyarət etdilər. Nəhayət, bu gün Vadim redaksiyaya gəlməyə vaxt tapdı. Onunla ilk görüşün videosunu sizə təqdim edirik. İkinci videoda isə daha maraqlı məqamlarla tanış olacaqsınız.

Xatırladaq ki, Vadim Eyvazov cənub bölgəsindən döyüşdə iştirak edən yeganə jurnalistdir. Yanvarın 17-də isə onun 25 yaşı tamam olur.

Zahir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10