Yaxşı olar ki, hüquq mühafizə orqanları, eləcə də yeni yaranmış Medianın İnkişafı Agentliyi bu işbazlarla maraqlansınlar.
Bu günlər, xüsusən koronavirus dövründə “Jurmalist vəsiqəsi” alverçiləri sürətlə artır. Heç orta təhsili, bircə normal yazısı, araşdırma məqaləsi ortada olmayan,
arayışfason yazılarına cəmiyyətə “oçerk” kimi sırıyan “Baş” redaktorlar qəbirqazandan kisə çəkənə kimi 50-100 manatdan vəsiqə satıb., əməlli-başlı biznes qurublar. Bununla şellənən qurama jurnalistlər bəzilərinə “xox” gəlməyi də unutmur.
Ən biabırçı vəziyyət tərif xəstələri ilə bağlıdır. Dəfələrlə yazdığımı bir də təkrar etməyə məcburam. Müəyyən dövrdə min cür bədxahlıq, murdarlıq edən bəziləri, bir az “kütləşən” kimi özləri haqqında mif yaratmaq istəyir- kitab, film çəkdirir, orden, medal, Hacı, Məşədi, qəbirinin üstünə büst-filan... Bu işbazlar da həmin tərif ifliclərin tez tapır. Adını lap “salfetkaya” yaz, təki təriflə. Alicənab, xeyirxah, el ağsaqqalı, dəyərli tayfanın təmsilçisi... və sair bəzəkli sözləri sıralayıb, bəzən də təkcə adamın adın dəyişib yalançı qəhrəmanlar düzəldirlər. Açığı, belələrinə özünü təriflətdirənlərə, onların foto-model kimi onlarla şəklini paylaşdıranlara da adamın yazığı gəlir.
Belələrini təkcə sözlə, danlaqla ağıllandırmaq olmur. Yaxşı olar ki, hüquq mühafizə orqanları, eləcə də yeni yaranmış Medianın İnkişafı Agentliyi bu işbazlarla maraqlansın. Sadəcə bir vəsiqəni izinə düşüşüb maraqlınsınlar ki, məsələn, 125 saylı vəsiqəni verən redaktordan əvvəlki 124 nəfərin vəsiqəsini tələb etsinlər. Görsünlər, bir saytın neçə redaktor, neçə şöbə müdiri, neçə müxbiri... olar.Və bələ üzdəniraqların əməlləri ictimailəşməlidir.
Olduqca biabırçı vəziyyətdir. Təcili tədbir görülməsə, daha biabırçı durum yaranacaq.
Xahiş edirik, fikrinizi bildirin. Bəlkə biz düz demirik?