
Cenub.az xəbər verir ki, Sam Mailyan adlı istifadəçi Ermənistanıın Kəlbəcər və Laçında kiçik SES-lərin tikintisinə xərclənən vəsaitdən bəhs edib. O yazır:
“Düşmən üçün SES tikmək üçün 200 milyon dollar xərcləmək... Artsax Kəlbəcər və Laçının elektrik təhlükəsizliyini təmin etdi. Halbuki, 200 milyon dollara 40 “Bayraktar”, 100 radioelektron mübarizə qurğusu, “Smerç” qurğuları üçün minlərlə dəqiq mərmi almaq, yaxud minlərlə döyüşçüdən ibarət xüsüsi təyinatlı qoşun hazırlamaq olardı...”