Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərdoğan açıqlama yaydı: Putinlə bunları danışdıq...



 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarına dair məlumat yayıb.

SNN NEWS.AZ Musavat.com-a istinadla xəbər verir ki, prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

"Bu gün Rusiya prezidenti Putinlə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik Türk-Rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.

Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.

Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik", - Ərdoğan bildirib





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10