Almaniyada müalicəsi yekunlaşan rusiyalı müxalifətçi Aleksey Navalnı vətənə dönəcəyini açıqlayıb.
Navalnı bu gün sosial media hesablarından yaydığı müraciətində bildirib:
“Evə dönürəm.
Qayıtmaq, ya qayıtmamaq sualı heç vaxt mənim qarşımda durmayıb. Sadəcə olaraq, ona görə ki, mən ölkədən getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gətirilmişəm – yeganə səbəblə: məni öldürmək istəyiblər.
Lakin sağ qaldım. İndi mənim qətlim barədə əmr vermiş Putin öz bunkerində çığırıb-bağıraraq xidmətçilərinə mənim qayıdışımı əngəlləmək üçün əllərindən gələni etməyi tapşırır. Xidmətçilər isə adətləri üzrə hərəkət edirlər: mənə qarşı yeni cinayət işləri düzüb-qoşurlar. Lakin onların nə etdiyi mənə maraqlı deyil. Rusiya mənim ölkəmdir, Moskva mənim şəhərimdir, mən onlar üçün darıxıram. ⠀
Ona görə də, bu gün “Pobeda” şirkətinin saytına daxil olub, bilet aldım. Yanvarın 17-də, bazar günü, qayıdıram. Qarşılayın!”
Xatırladaq ki, 2020-ci il avqustun 20-də Tomsk şəhərindən Moskvaya qayıdarkən təyyarədə Aleksey Navalnının halı pisləşib. Təyyarə Omsk şəhərinə təcili eniş edib və müxalifətçi yerli Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. “Cinema for Peace” adlı məşhur qeyri-hökumət təşkilatı A.Navalnını Almaniyaya aparmaq üçün Omska təyyarə göndərib. Avqustun 22-də xəstə Almaniyaya yola salınıb və Berlinin “Şarite” (Charité – Universitätsmedizin Berlin) klinikasına yerləşdirilib. Sentyabrın 2-də Almaniya hökuməti A.Navalnının orqanizmində “Noviçok” qrupundan olan hərbi-zəhərləyici maddənin izlərinin aşkarlandığını açıqlayıb. Rəsmi açıqlamada deyilib ki, “Şarite” klinikasının təşəbbüsü ilə Bundesverin (Almaniya ordusu) xüsusi laboratoriyası A.Navalnının bioloji materiallarından istifadə etməklə toksikoloji test aparıb: “Onun orqanizmində “Noviçok” qrupundan olan sinir-iflic təsirli kimyəvi-zəhərləyici maddənin olduğuna dair sübutlar aşkar edilib”.
A.Navalnının vətənə dönüşü cəsarətli qərardır və Rusiya hakimiyyətini çətin seçim qarşısında qoyur. Putin hakimiyyətinin son addımları göstərir ki, onlar müxalifətçinin qayıdışında maraqlı deyillər. Belə ki, ötən il dekabrın 29-da Rusiya İstintaq Komitəsi Navalnı və digərləri haqqında “külli miqdarda dələduzluq” maddəsi ilə cinayət işi açıb. Cinayət işinə əsasən bir neçə kommersiya təşkilatının faktiki rəhbəri olan A.Navalnı 365 milyon rubldan çox vəsaiti şəxsi məqsədlər üçün xərcləməkdə ittiham olunur. Bu il yanvarın 12-də isə Cəzaların icrası üzrə Federal Xidmət A.Navalnı haqqında 2014-cü ildəki “İv Roşe” işi üzrə verilmiş şərti cəzanın real cəza ilə əvəzlənməsi üçün məhkəməyə müraciət edib. Xidmət hesab edir ki, Navalnı məhkəmə qərarının şərtlərini yerinə yetirmir və nəzarətdən yayınır. (Halbuki Navalnı obyektiv səbəbdən ölkədə yoxdur.)
Bütün bunlar əslində Aleksey Navalnıya mesaj və göz dağı idi ki, vətənə dönməsin. Lakin müxalifətçi öz qərarı ilə Putini çətin vəziyyətdə qoyub. Kreml indi seçim qarşısındadır:
– Navalnını ölkəyə buraxmaq, ya buraxmamaq?
– Navalnını ölkəyə buraxıb həbs etmək, ya etməmək?
Bu variantların heç biri Putin üçün uduş vəd etmir.
Ölkəyə buraxılsa və həbs olunsa, Navalnının Rusiya ictimai rəyində əzabkeş obrazı güclənəcək və onun reytinqi artacaq. Belə bir addım həm də Navalnını Putinin real alternativi qismində, bir növ, legitimləşdirəcək. Navalnının həbsi Qərblə onsuz da pis olan münasibətləri daha da pisləşdirəcək, xüsusən Almaniya ilə münasibətlərdə gərginlik yaranacaq, yeni sanksiyalar gündəmə gələcək.
Ölkəyə buraxılsa və həbs olunmasa, Navalnı siyasi fəaliyyətini gücləndirəcək və ölkə miqyasında qurduğu təşkilati şəbəkəsini dirçəldərək aktivləşdirəcək. Bu isə Dövlət Dumasına payızda keçiriləcək seçkilər öncəsi hakimiyyət üçün əlavə problemlər yaradacaq. Xüsusən Navalnının işləyib hazırladığı və Moskva Dumasına son seçkilərdə qismən özünü doğrultmuş “ağıllı səsvermə” metodu (hər seçki dairəsində bütün narazı seçicilərin iqtidar namizədi qarşısında ən şanslı müxalifətçi namizədə səs verməsi) Kremldə narahatlıq doğurur.
Navalnı ölkəyə buraxılmasa – bileti ləğv olunsa, yaxud hava limanından geri qaytarılsa, bu hadisə də Qərblə əlavə gərginliyə səbəb olacaq. Navalnının zəhərlənməsi faktına Tramp administrasiyası ciddi reaksiya verməmişdi. Yeni administrasiya böyük ehtimalla bu məsələyə qayıdacaq, hələ üstəlik, müxalifətçi öz vətəninə daxil ola bilməsə, bu fakt da yeni sanksiyaların tətbiqi üçün Amerikanın yeni rəhbərliyinə stimul vermiş olacaq.
Göründüyü kimi, Putin rejimi üçün şahmat termini ilə desək, suqsvanq (zugzwang) vəziyyəti yaranıb: istənilən gediş onun vəziyyətini daha da pisləşdirəcək.
17 yanvar 2021-ci il Rusiyanın müasir tarixində önəmli günlərdən biri olacaq…