Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əkiz bacılar eyni kişiyə ərə getdilər - FOTO


Nelson Obidon adlı “Twitter” iştifadəçisi öz səhifəsində bir kişinin iki əkiz bacı ilə evlənməsini əks etdirən fotolar və video paylaşıb. Onun paylaşımına onminlərlə baxış olub.

Videokadrlarda “təzə gəlinlər” moruq rəngli geyimlərdə rəqs edirlər. Onlardan birinin hamilə olduğu da açıq-aydın görünür. Fotolarda isə eyni rəngli geyimdə gəlinlərin arasında əyləşən bəy də əks olunur.

“Bunlar əkizlərdir. Onlar biri-birindən ayrı yaşaya bilmədikləri üçün eyni kişiyə ərə gedirlər. Bəyənirsiz, ya yox?”, - paylaşımın müəllifi sosial şəbəkə istifadəçilərinə belə müraciət edib.

Paylaşıma “Bu zarafat deyil ki?”, “Biri digəri olmadan hamilə qala bilər?”, “Patriarxat qalib gəlir” kimi şərhlər yazılıb.(oxu.az)











Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10