Bu yaxınlarda Masallının Ərkivan qəsəbəsində, şəhid Anar Novruzovun ailəsində olarkən şəhidimizin 11-ci sinifdə oxuyan qızı - Firuzə xanım humanitar sahədə ali təhsil almağa çalışdığını, klassik dünya ədəbiyyatından olan əsərləri oxumağa çox maraqlı olduğunu bildirdi. Qızımızın arzusunu “Qanun” Kitab Evinin rəhbəri, hörmətli naşirimiz Şahbaz Xuduoğluna çatdırdıq. Xahişimizə həssaslıqla yanaşan Şahbaz müəllim qısa müddətdə ailəyə bir necə klassik ədəbiyyat nümunəsi olan romanlar göndərdi. Kitablar şəhidin büstü qarşısında onun oğlu Anar Novruzovun oğlu Nihada təqdim edildi. Şəhid övladları kitablara görə Şahbaz müəllimə razılıqlarını bildirirlər.
Fidan Abbaslı. “Ümidim sənsən” İB-nin sədri. Masallı