Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Elə icra başçısı var ki, özü qalıb kənarda, rayonu atası idarə edir...”


Cümşüd Nuriyev: “Təhlillər göstərir ki, həbs təhlükəsi korrupsioner məmurları qorxutmur, səbəb də budur ki...”


“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun külli miqdarda mənimsəmədə şübhəli bilinərək həbs edilməsi, ölkədə korrupsiyaya qarşı aparılan mütəmadi mübarizəyə rəğmən, hələ də ciddi neqativ halların davam etdiyini göstərir.


Maraqlıdır, bunca həbslərə rəğmən bəzi məmurların dövlət əmlakını talamaqda davam etməsi nə ilə izah edilə bilər? Doğrudanmı həbs təhlükəsi məmur kontingentini qorxutmur?


Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümüd Nuriyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:


“Aparılan təhlillər göstərir ki, həbs olunmaq bu məmurları qorxutmur. Çünki həbs olunanlar “içəridə” özlərini çayda balıq kimi hiss edirlər. Bunlar üçün orada hər cür şərait yaradılır. Sanki həbsə deyil, kurorta gəliblər.


Bizdə vəzifədə olanların hamısı bir-birinə bağlı adamlardır. Birinə həbs eləsələr də, digərləri onun ailəsinə baxır, onun biznesini davam etdirir. Bizdə bir növ tayfa hakimiyyəti formalaşıb. Bacanaqlar, qudalar, yeznələr, kürəkənlər və s. Onların hamısı bir-birinə bağlı adamlardır. Buna görə də cənab prezident birini işdən azad edən kimi, onun yerinə bir neçə yaramaz məmur çıxır.


Üçüncü amil onların psixoloji durumu ilə bağlıdır. Korrupsioner məmurlarda özlərinə aşiqlik xəstəliyi var. Baxın, sosial şəbəkələrdə bir sıra rayonların icra başçıaları haqqında ciddi tənqidlər səslənir. Elə icra başçısı var ki, özü qalıb kənarda, rayonu atası idarə edir. Bu, nə deməkdir? Bütün bu məlumatlar məmur qudurğanlığının hansı səviyyədə olduğunu göstərir”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10