Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baydenin komandasında yer alan keçmiş kəşfiyyatçını Azərbaycanla nə bağlayır?


ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris Ağ ev yanında Milli Təhlükəsizlik şurasının yeni üzvlərini elan ediblər.
Cenub.az xəbər verir ki, Baydenin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni əməkdaşlar arasında Andrea Kendall -Teylor da var. O, Rusiya və Mərkəzi Asiya işləri üzrə direktor vəzifəsinə təyin olunacaq.
Andrea Kendall – Teylor keçmiş kəşfiyyat zabitidir və Milli Kəşfiyyat Agentiyinin Rusiya və Avrasiya üzrə idarəsində işləyib, habelə Mərkəzi Kəşfiyyat İdarəsinin baş analitiki olub. O, Xəzər ölkələri və regionun karbihidrogen ehtiyatlarının inkişafı üzrə dissertasiya işinin müəllifidir. 2011-ci ilin avqustunda Kendall-Teylorun da müəllifi olduğu “Caspian Energy Politics” adlı dissertasiya işində Xəzər regionunun üç əsas neft-qaz ixracatçısının-Azərbaycan, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının rolunun, onun Rusiya və Çinlə münasibətlərə təsirinin analizi aparılıb.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10