Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ən böyük futbolçu sülalələrinin siyahısı bəlli olub


Dünyanın ən böyük futbolçu sülalələrinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) üç nəsli əhatə edən və ən çox oyun keçirən 21 sülaləni müəyyənləşdirib.

Cədvələ norveçli Berqlər başçılıq edir. Harald, oğulları Oryan, Runar, Aril, nəvəsi Patrik ümumilikdə 1153 oyun keçirib. İkinci sırada daha məşhur sülalə yer alıb. Danimarkalı Laudrupların hesabında 1092 oyun var. Finn, oğulları Mikael və Brayan, nəvələri Mads və Andreas buna nail olub.

İlk “üçlüy”ü planetin ən məşhur sülaləsi olan Maldinilər qapayır. Çezare, oğlu Paolo və nəvəsi Danielin hesabında artıq 1066 matçı var. 

1000-i arxada qoyan 4-cü sülalə Almaniyadandır. Ervin Zeeler, oğulları Diter və Uve, nəvəsi Levin Öztunalı ümumilikdə 1014 dəfə meydana çıxıb.

Azərbaycan futbolçularının kənar qaldığı cədvəldə Türkiyəni Altıntaşlar təmsil edib. Mustafa, oğulları Yaşar və Yusuf, nəvəsi Batuhan ümumilikdə 546 görüşdə şans qazanıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10