Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı xəstəxanasında həkimlər və su məsələsi


Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Bəşir Bəşirov redaksiyaya müraciət edərək xəstəxanada qəribə su problemi yaşandığını bildirib.
Bəşir Bəşirov: - Uzun müddətdir ki, Mərkəzi Xəstəxanada, infeksiya şöbəsində həkim işləyirəm. Koronovirus dövründə daha da gərgin rejimdə işləməli oluruq. Müvafiq qaydalara uyğun olaraq hər gün buradakı xəstələrə 3 dəfə dəyəri 30-40 qəpik olan su verilir. Bəs həkimlər? Heyf ki, bəzən gün ərzində 12 saat işləyən həkimlər bu sudan istifadə edə bilmirlər, ən yaxşı halda adi məişət suyundan istifadə etmək məcburiyyətində qalırlar. Bizim hər gün bayırdan su almaq imkanımız da yoxdur. Çünki bir koronvirusla bağlı xüsusi geyimdə oluruq. Əgər həmin paltarı çıxartsaq, yenidən geyinə bilmərik. Həmin paltar yuyulub dizenfiksiya olunmalıdır. Həmin paltarla xəstəxanadan kənara çıxmaq olmaz.
Bəşir həkimin   gileyin xəstəxanasının rəsmisi İlqar həkimə çatdırdıq. Bildirdi ki, həkimlər üçün belə imtiyaz yoxdur. Ola bilər ki, Tibb sığorta sisteminə keçdikdən sonra onların əmək haqqından işdə olduğu müddətdə yemək üçün, eləcə də su üçün pul tutulsun.
Bəşir Bəşirov onu da bildirdi ki, elə bizim kimi koronavirus qaydaları ilə işləyən Cəlilabad Mərkəzi Xəstəxanasında belə qadağa yoxdur. Sabirabadda isə əvvəl məhdudiyyət olsa da sonra aradan qaldırılıb. Bu suyun dəyəri gündə 3-4 manat, ay ərzində təxminən 100 manat edir. Biz burada ölümlə üz-üzəyik. Bir neçə həkim dünyasını dəyişib, bir neçə nəfəri də xəstədir. Bu 30 qəpiklik su nədir ki, həkimlərə qıymırlar. Çoxlarınız bunu çox xırda məsələ saya bilər. Sonra bu “xırda”lar daha böyük bəlalara çevrilir. 
Elcan.cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10