Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə qədim qəbirlərdə aşkarlanan qızıllar oğurlandı və tapıldı


Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı


Lerikdə oğurlanan 8 ədəd nadir tapıntı tapılıb.




Bu barədə APA-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib.



Maisə Rəhimova


Onun sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb.

M. Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib. Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni törədənin kimliyi haqda məlumat verilmir.

Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.

Rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisindəki qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxıb.

Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

****

Lerikdə tapılan qızıl əşyalar yoxa çıxıb.

Ekspedisiya rəhbəri həbs edilə bilər

Ehtimal olunur ki, qazıntı yerində qiymətli daş-qaş və qiymətli metallar-qızıl, gümüş və başqa zərgərlik məmulatları olub.

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb.

Belə bir oğurluqla bağlı xəbərlər ildırım sürəti ilə yayıldı. Bundan sonra APA-nın cənub bürosu da xəbəri təsdiqlədi. Və məlum oldu ki, nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova APA-ya faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.

Onu da deyək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ekspedisiyanın rəhbəri Ceyhun Eminli mətbuata bildirib ki, ərazidə 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.

***

Mövzu ilə bağlı “Təzadlar”a maraqlı məlumat daxil oldu. Qəzetin Lerik RİH-dəki mənbəsinin verdiyi məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Lerik ekspedisiyası xeyli vaxtdır ki, bölgədə qazıntı işləri ilə məşğul imiş… Və antiq dövrə aid olduqca maraqlı maddi sübutlar-qazıntı nümunələri, nəhayət ki, tapılıb.

Lakin məlum olur ki, ekspedisiya əməkdaşları gecə sahəni nəzarətsiz qoyaraq harasa qeyb olublar. Yiyəsiz qalmış qazıntı meydançasına daxil olan naməlum şəxs və ya şəxslər atropatena dövrünə aid qiymətli tapıntıları dağıdaraq bəzilərini özləri ilə aparmışdır. Hazırda Lerik RİH rəhbərliyi, rayon RPŞ-nin rəhbərliyi bu oğurluq və dağıntı cinayətinin kimlər tərəfindən və nə məqsədlə edildiyinə aydınlıq gətirməyə çalışır. Axı İranla sərhəd ərazidə qədim tariximizin əvəzssiz tapıntının oğurlanması elə-belə məsələ deyil.

Bəs AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova hara baxır və bu necə nəzarətsizlikdir???

Ekspedisiyanın rəhbəri Ceyhun Eminlinin 19 nəfərlik fəhlə dəstəsi hara baxıb?


Maraqlı detal isə budur ki, sən demə, ekspedisiyanın rəhbəri tarix elmləri namizədi Ceyhun Eminlidir. Əldə etdiyimiz məlumat isə bizi şoka saldı. Məlum olur ki, ekspedisiyanın kağız üzərində 19 fəhlə-işçisi var, yəni qazıntını həyata keçirən fəhlələr… Belə olan halda, orada ən azı 8-9 elmi işçi olmalı idi. Ən maraqlısı budur ki, bir ekspedisiyanın elmi işçisinin aylıq ezamiyyə xərci 500 manatdan az deyil. Aylarladır bu dəstənin fəaliyyətinə görün nə qədər pul silinib. Nəticədə isə tapılan qazıntı nümunələri isə oğurlanır… Lakin bizə məlumat verildi ki, əslində isə orada heç 3-4 nəfər elmi işçi olmalıyıb. Sadəcə, pullar yazılır və…

***

Bir maraqlı fakt da diqqəti çəkir: bəs institun direktoru Maisə xanım Rəhimova niyə belə bir məsuliyyətli işə adi bir elmlər namizədini rəhbər təyin edərək göndərib? Məlum olur ki, sən demə, Ceyhun Eminli direktor M.Rəhimovanın və institutun kadrlar şöbəsi müdirinin ən yaxın və etibarlı adamıdır… Belə olanda isə Azərbaycanın eramızdan əvvəl 2-ci əsrə aid tarixinin qazıntılarla üzə çıxarılmasını peşəkarlara etibar etməmək də olar. Çünki…

Bu və ya digər suallara ətraflı cavab vermək üçün araşdırmamız davam edir. Təəssüflər olsun ki, direktor Maisə Rəhimova telefon zəngimizə cavab vermədi ki, bu qədim tariximizin qiymətli tapıntılarının oğurlanmasının baiskarının kim olduğunu soruşaq. Amma soruşmaqda israrlıyıq. Çünki bu qalmaqallı oğurluq hadisəsini ciddi cəhdlə ört-basdır etməyə çalışırlar…

İnstitutun direktoru və ekspedisiyanın rəhbəri cinayət məsuliyyəti daşıyır…

Bu qeyri-adi oğurluq hadisəsi ilə bağlı bölgə müxbirimiz Lerikdə araşdırma aparır… Müraciət etdiyimiz hüquqşünaslar bildirirlər ki, belə bir müdhiş oğurluğa görə mütləq mənada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova və Lerik ekspedisiyasının rəhbəri Ceyhun Eminli cinayət məsuliyyəti daşıyır…
Bunu Azərbaycan CM-nin tələbləri də ehtiva edir.
(AzToday.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10