Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Hər şey yeni başlayır" — Tramp yenidən tərəfdarlarına SƏSLƏNDİ


ABŞ-ın hazırki prezidenti Donald Tramp tərəfdarlarına "hər şey yeni başlayır" deyərək müraciət edib.

Cenub.az
-ın məlumatına görə, sözügedən videomüraciət Amerika liderinin Twitter hesabında dərc olunub.

Dövlət başçısı Vaşinqtonda baş verən ixtişaşları pisləyərək günahkarların cəzalandırılacağına söz verib. "Seçicilərimin məyusluğunu anlayıram, lakin mən möhtəşəm kampaniyamı davam etdirəcəm", - deyə o bildirib.

ABŞ prezidenti onu da vurğulayıb ki, yaxın günlərdə hakimiyyətin Co Baydenin yeni administrassiyasına ötürülməsi işlərinə başlayacaq: 

"Hazırda diqqətim hakimiyyətin mütəşəkkil, hamar və ağrısız ötürülməsinin təmin olunmasına yönəlib".

Hazırki vəziyyətin sakitləşməyi tələb etdiyini deyən Tramp amerikalıları barışa səsləyib. 

Qeyd edək ki, 6 yanvar tarixində prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Kapitoliya binası qarşısında aksiya keçirib. Daha sonra binaya daxil olan etirazçılar Senatın iclas zalını mühasirəyə alıblar. 

Demokrat Co Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiq etməyi planlaşdıran Senat və Nümayəndələr Palatasının iclası yarımçıq qalıb. İxtişaşlar zamanı 4 nəfər həlak olub, 70-ə yaxın etirazçı isə saxlanılıb.


Demokrat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10