O. həlak olmamışdan öncə şəhid analarına hansı müraciət etmişdi?
Şəhidin həyat yolu
Şəhid Əsədli Əsəd Mahir oğlu 1995 ci il 17 iyun tarixində Masallı rayonunun Çayqıraq kəndində anadan olub, doğumu isə valideynlərinin qeydiyyatda olduğu Bakı şəhərində rəsmiləşib
Bakı şəhəri Nizami rayonunda yerləşən Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib.
O, 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub və oranı 2016-cı ildə bitirəndən sonra hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatcı kimi hərbi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.
Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlər onu hiddətləndirib və könüllü olaraq döyüşlərə yollanmaq üçün ərizə ilə müracət etmişdir.
Xidmət etdiyi həmlə dəstəsinin döyüş yolu
Vətən uğrunda müharibə başlandıqdan sonra ilk günlərdən döyüşlərə qatılıb. Xidmət etdiyi həmlə dəstəsi Qarabağın bir-çox yerlərində - Füzulidə, Xocavənddə döyüşlərdə iştirak edib. Bütün döyüşlərdə igidlik göstərərək "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Son döyüşü Xocavənd rayonunun strateji adsız yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub və döyüş yoldaşlarını mühasirədən çıxardıb, özü isə 9 noyabr 2020 ci il tarixdə həmin döyüşdə şəhid olmuşdur.
Zəfər Günü şəhidliyə yüksələn qəhrəmanımızın şəhid analarına müraciəti
Şəhid Əsəd Əsədli vətən torpaqlarının azadlığı uğrunda ilk günlərdən döyüşlərə qatılıb və məhz mühribənin sonunda – Zəfər Günü şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhid olmasından bir neçə gün öncə atasının doğum günü münasibəti ilə əlaqədar göndərdiyi videoda onu təbrik etsə də, şəhid analarına etdiyi müraciət bütün insanların hisslərinə təsir edə bilmişdi. Əsəd oğul itirən şəhid analarına müraciət edərək, Azərbaycan oğullarının timsalında bütün əsgərlərin onların oğulları olmasını bildirirdi. Əslində Əsəd öz anasına bağlı bir övlad kimi şəhid olacağını bilib bu müraciəti həm də anasına edirdi. Cəbhədə olan dövrdə qohumlarına şəhid olacağını və onlardan halallıq istədiyini bildirmişdi.
Son döyüşündə ətrafdakıların etirazına baxmadan istirahətini yarımçıq saxlayıb əsgər yoldaşlarının yanından bir an belə ayrılmağı özünə sığışdırmadığını deyib digər dəstə ilə təkrar işğaldan azad etdikləri yüksəkliyə qayıtmışdı. Əsəd cəbhədən döyüşə getməzdən əvvəl çəkdikləri son vodeoda deyilən fikir ilə də yaddaşlarda qaldı: İnşaalah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik. Əsəd şəhidlərin ölmədiyini, onların yaradanın yanında olduğuna inanırdı. Elə onda olan bu inam da onu şəhadətə qovuşdurdu.
https://www.youtube.com/watch?v=b07OmMoWFOQ
https://www.youtube.com/watch?v=4NLbX6p_n4w
https://www.youtube.com/watch?v=h7ZqDyeWNhIRabil Abdinov