Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlı rektordan ingilis xalqı haqda maraqlı açıqlamalar


"Dünyada yeganə dövlət Böyük Britaniyandır ki, təqvimində müstəqillik, azadlıq günü yoxdur".

Cenub.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib. Rektor ingilislərin yaşam strategiyasına xüsusi toxunaraq onların məğrurluğunu yüksək qiymətləndirib:

"İngilislər heç vaxt kiminsə müstəmləkəsi və ya asılığında olmayıb. Hətta zamanında bütün xristian dünyası Roma papasından asılı olanda belə ingilislər papadan imtina edib. Onlar ölkələri yanaşı öz krallarını belə idarə ediblər. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya kimi dövlətlər yaradıblar.

Dünyanın ən güclü universitetlərinə sahib olublar. Dilləri dünya dilinə, pulları dünya puluna, birjaları dünya birjasına çevrilib.

Dünyada yeganə dövlətdir ki, Böyük Britaniyanın Konstitusiyası yoxdur. Dəyişməz ənənələr və yazılmamış qaydalar var. Heç kim bu qaydaları dəyişə bilməz.

Sadəcə olaraq Avropanın şimalında bir adada məskunlaşaraq heç bir qonşuyla quru sərhədinə malik olmayıblar. İşgal edə bilməyiblər bu məğrur və döyüşkən adanı... İngilislərin ən böyük xoşbəxtliyi o olub ki, güclü qonşuları olmayıb. Bizlərdən fərqli olaraq...
 
Qonşularının olmaması onları Azadlıq günündən məhrum edib.
Nə böyük Xoşbəxtlik....­­"
 
 
 
Sfera.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10