Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gəncə təhsilində nələr baş verir? - GİLEY


Redaksiyamıza Gəncə şəhərindən müraciət daxil olmuşdur. Aktualxeber.az-a üz tutan bu şəxslər Gəncədə hamının hörmətlə yanaşdığı iki ziyalıdır. Onlardan biri Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru olmuş Həsənov İlham Musa oğlu, digəri isə 29 nömrəli tam orta məktəbin direktoru olmuş Hüseynov Valeh Məmməd oğludur. Hər ikisi əməkdar müəllim olan bu şəxslərin ümumi problemləri var və bizim vasitəmizlə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarından köməklik göstərməsini istəyirlər.
Onların bizə üz tutmasının əsas səbəbi 30.12.2020-ci il tarixində hər ikisinin əmək müqaviləsinə yaş həddinə görə xitam verilməsidir. Halbuki bu gün ölkəmizdə onlarla məktəb direktorları var ki, yaşı 65-80 aralığındadır. Bunlara misal olaraq Gəncədəki 5 saylı orta məktəbin direktoru Bəhram İmanovu, Bakıdakı 144 saylı məktəbin 66 yaşlı direktoru Qənirə Sultanovanı, Şəmkir rayon Təhsil Şöbəsinin 69 yaşlı müdiri Məcid Şıxlinskini, Qax şəhər 2 saylı orta məktəbin direktoru Şəkər Abdullayevanı və digərlərini göstərmək olar.
Xatırladaq ki, Azərbaycan Respublikası təhsil nazirinin 14.07.2020-ci il tarixli əmri ilə aqrar sahə üzrə ixtisaslaşmış Anar Qədiməliyev Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Bu yaxınlarda A. Qədiməliyev koronavirusa yoluxub və işə çıxan kimi də hər iki məktəb direktorunun işdən azad edilməsinə nail olub. Ötən il Vətən Müharibəsi zamanı Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutması nəticəsində 29 nömrəli məktəb də ciddi dağıntılara məruz qalmışdı. Maraqlıdır ki, həmin vaxt dərhal Anar Qədiməliyevə zəng vuran Valeh Hüseynovun aldığı cavab çox qəribə olub. Təhsil Şöbəsinin müdiri ona yatdığını, sabah nahara kimi ora gələcəyini bildirib və elə də edibdir. Halbuki həmin gecə bütün dövlət qurumlarının rəsmi şəxsləri dərhal hadisə yerinə gəlmişdilər. Onların içərisində bu gün Azərbaycan Respublikasının Baş Prokuroru işləyən və İlham Həsənovun 5 il tarix dərsi keçdiyi Kamran Əliyev də var idi. Hər iki direktorun yüzlərlə yetirmələri bu gün ölkəmizdə müxtəlif qurumlarda və sahələrdə məsul vəzifələrdə dövlətimizə, xalqımıza xidmət edirlər. Eyni zamanda V. Hüseynovun oğlu Elçin Hüseynov, İlham Həsənovun yaxın qohumu Teymur Nağıyev torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak ediblər və bu gün də xidmətlərini davam etdirirlər. Ümidvarıq ki, bizim bu yazımızdan sonra əlqadar qurumlar lazımi ölçü götürəcəklər və hər iki ziyalının pozulmuş hüquqları bərpa ediləcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10